Qlobal plastik istehsal son 12 ildə ilk dəfə 2020-də azalıb
Qlobal plastik istehsalı 2020-ci ildə II Dünya Müharibəsindən bu yana üçüncü dəfə koronavirus pandemiyası səbəbiylə azalıb, lakin əhəmiyyətli deyil.
Marja xəbər verir ki, "PlasticsEurope" sənaye federasiyasına görə, 0,3% azalma ilə dünya plastik istehsalı 2019-cu ildəki 368 milyon tondan keçən il 367 milyon tona düşüb. Təşkilata görə, Avropada plastik istehsal keçən il 5,1% azalaraq 55 milyon tona geriləyib. "PlasticsEurope" qeyd edir ki, Çində plastik istehsalı 1% artıb və bu gün də artmaqda davam edir.
Sənayenin ən böyük istehlakçılarından biri avtomobil sektorudur.Federasiya Avropa avtomobil sektorunda plastik istehlakının 2020-ci ildə 18% azaldığını təxmin edir.
İlk dəfə neft böhranı nəticəsində 1973-cü ildə, ikinci dəfə isə 2008 maliyyə böhranından sonra plastik istehsalında azalma qeydə alınıb. Beləliklə, istehsalda mövcud azalma son 12 ildə ilk dəfə baş verir.
Eyni zamanda, Qərb ölkələri plastik istehsalını davamlı olaraq azaltmağa davam edirlər - əgər 2010-cu ildə AB ölkələri, Böyük Britaniya və İsveçrə dünyadakı ümumi plastik həcminin 21% -ni təşkil edirdisə, 2020-ci ildə bu rəqəm 15% -ə düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
7 d. əvvəl
Mərkəzi Bank Visa və Mastercard-dan qiymətləri endirməyi istəyir - İlin sonuna nəticə gözlənilir
- 18 d. əvvəl
- 44 d. əvvəl
- 50 d. əvvəl
-
51 d. əvvəl
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20%-dən çox artıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Neft Fondu İndoneziyanın nəhəng investisiya holdinqi ilə danışıqlar aparıb
-
1 saat əvvəl
Google-un sahibi “Alphabet”in gəliri 25% artıb, xalis mənfəəti isə 25% azalıb
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
İcmal və dövlət büdcələrinin icrasına dair operativ məlumat
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20%-dən çox artıb
"Valyuta bazarına əlavə 0,5 - 1 milyard dollar civarında alış yönümlü müdaxilə edəcəyimizi gözləyirik"
Ən çox oxunanlar
Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Əhali dollar satır, Mərkəzi Bank alır - Azərbaycanda dollar bolluğu
Yeni Ombudsman seçiləcək
Azərbaycana xaricdən pul axınında müsbət fərq böyüyüb – 70 faizlik artım, 830 milyon dolları keçib


























