Miokard infarktı qəfləti xəstəlik deyil
(®️) Miokard infarktı – ürək əzələsinin işemik nekrozudur, qan dövranının kəskin pozulması nəticəsində əmələ gəlir. Bu zaman ürək əzələsinin müəyyən bir hissəsinə gələn qan axınının kəsilməsi nəticəsində həmin nahiyədə hüceyrələrin ölümü baş verir. Miokard infarktı həyat üçün təhlükəli ağırlaşmalar yarada bilən ciddi xəstəlikdir. Qeyd etmək lazımdır ki, miokard infarktı qəfləti xəstəlik deyil, illərlə inkişaf edir. Sağlam həyat tərzi və mütəmadi edilən müayinələrlə qarşısı alına bilər.
Dünyada xəstəliklərdən ölüm səbəbləri arasında kəskin miokard infarktı birinci yeri tutur. Kişilər qadınlara nisbətən 2.5-5 dəfə çox xəstələnir (xüsusilə cavan və orta yaşlarda). 55-60 yaşdan sonra isə menopauzanın başlaması ilə əlaqədar bu fərq əhəmiyyətli dərəcədə azalır. Son dövrlər miokard infarktı “cavanlaşıb”. Buna səbəb erkən yaşlardan başlayaraq az hərəkətli həyat təzi, düzgün qidalanmamaq, siqaret çəkmək və digər faktorların artmasıdır.
Miokard infarktından ölüm halları əsasən xəstəxanaya gedənə qədər baş verir. 80-90% hallarda bu xəstəliyin anginoz variantına rast gəlinir. Bu halda ağrı əsasən döş sümüyü arxasında olur. Bu ağrı stenokardiya tutmasından fərqlidir, daha güclü, əzabverici olub, sıxıcı, təzyiqedici, yandırıcı, göynədici xarakterlidir, ölüm qorxusu ilə müşayiət olunur. Ağrı qəfil başlayır, maksimal intensivliyə tez çatır, dil altına nitroqliserin qəbulu ilə keçmir, adətən yalnız narkotik analgetiklərin köməyilə aradan qalxır.
Əksər xəstələrdə ağrı sindromunun pik vəziyyətində kəskin damar çatışmazlığı əlamətləri görünə bilər (çox tərləmə, başgicəllənmə, kəskin halsızlıq, taxikardiya, ətrafların soyuması, arterial təzyiqin enməsi və s.). Həmçinin, təngnəfəslik və ritm pozğunluqları, kəskin dövrdə bədən temperaturunun yüksəlməsi də müşahidə oluna bilər.
Xəstəliyin proqnozu xəstənin stasionara nə qədər tez çatdırılmasından asılıdır. Erkən başlamış stasionar müalicə xəstənin həyatda qalma şansını artırır, ağırlaşmaların qarşısını alır, infarktdan sonrakı dövrdə fiziki və psixoemosional reabilitasiyanı yaxşılaşdırır.
Bir çox xəstəlik kimi Miokard İnfarkt da qəfləti xəstəlik deyil və ona gətirən səbəblər illərlə formalaşır. Xəstəliyin profilaktikası üçün sağlam həyat tərzi sürülməli və xüsusilə risk qrupunda olan insanlar (ailəsində ürək problemi olan, arterial təzyiqi yüksək olan, şəkərli diabet və piylənməsi olan, siqaret çəkən və az hərəkətli insanlar) mütəmadi kardioloji müayinələrdən keçməlidirlər.
HAYAT Clinic | Kardioloq – Günay Novruzova
HAYAT Clinic – Koç Üniversitesi Hastanesi və Amerikan Hastanesinin Azərbaycanda rəsmi təmsilçisidir. Bütün prosedurlar Koç Healthcare protokollarına uyğun olaraq həyata keçirilir.
HAYAT CLINIC
Tel.: (+994) 12 404-14-04
WhatsApp: (+994) 55 261 14 04
Ünvan: Mətbuat prospekti 35A
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
7 d. əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
-
- 35 d. əvvəl
-
44 d. əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Müasir marketinq: səs-küydən mənaya doğru
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər






















