Məhkəmə “Kontakt Home” şəbəkəsinin sahibinə satışı qadağan etdi
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi kompüterlərə yüklənmiş “Microsoft”un lisensiyasız proqram təminatı və bu kompüterlərin təkrar satışı ilə məşğul olan şirkətə qarşı müəllif hüquqlarına dair Azərbaycan Respublikasının qanunvericiliyinin tətbiqi ilə bağlı ilk dəfə olaraq qərar qəbul edib.
Bu barədə “Marja”ya “Microsoft”un Azərbaycanda media işlərini həyata keçirən “RED Communications” şirkətindən bildirilib.
“ABC Telecom” şirkəti “Kontakt Home” mağazalar şəbəkəsi vasitəsi ilə müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.
Məhkəmənin qərarına əsasən, “ABC Telecom” şirkəti (“Kontakt”) tərəfindən “Microsoft”un lisenziyasız proqram təminatının satışı və istifadəsinə qadağa qoyulub.
Apellyasiya müraciəti zamanı qərara məhkəmə tərəfindən yenidən baxılacaq. Bundan başqa, məhkəmə icraçıları qərarın yerinə yetirilməsinə nəzarət etmək məqsədilə “Kontakt” mağazalarında mühasibat hesabatları ilə tanış olub, anbarlarda müntəzəm yoxlamalar aparmaq hüququna malikdirlər.
Bu qərar lisenziyasız proqram təminatının yayılması və istifadəsinin aradan qaldırılması üçün Azərbaycan hökumətinin qəti qərarını bir daha vurğulayır.
"Məhkəmənin bu qərarı müştərilərimizi təhlükəsizlik, hüquq və maliyyə baxımından saxtakarlıq qurbanlarına çevrilmə risklərinin qarşısını almağa yönəlmiş səylərimiz istiqamətində atılan əhəmiyyətli bir addımdır. Bu, bizə saxta proqram təminatının istifadəsi nəticəsində daim artan kibertəhlükələrə qarşı mübarizədə təhlükəsiz və hüquqi metodların tətbiqi imkanlarının yaradılması üçün yardım edəcək. Azərbaycanda da təhlükəsiz kiberməkanın qurulması naminə rəqəmsal cinayətlərə qarşı effektiv mübarizə ən vacib məqamlardan biridir”, - deyə “Microsoft”un Mərkəzi və Şərqi Avropa üzrə Rəqəmsal cinayətlər şöbəsinin baş hüquqşünası Marya Laytinen (Marja Laitinen) bildirib.
Proqram təminatının saxtalaşdırılması və lisenziyasız proqram təminatının tətbiqi Azərbaycan kompüter istifadəçiləri üçün kibertəhlükəsizlik baxımından ən geniş yayılmış risklərdəndir. Proqram təminatına dair müəllif hüquqlarının qorunması sahəsində əldə etdiyimiz ciddi nailiyyətlərə baxmayaraq Azərbaycanda hələ də piratçılıq, müəllif hüquqlarının pozulması halları müşahidə olunur. BSA-nın hesabatına əsasən, Azərbaycanda proqram təminatına dair müəllif hüquqlarının pozulması halları son tədqiqat dövrü ərzində cəmi 1 faiz bəndi azalıb – 2013-cü ildəki 85%-dən 2015-ci ildə qeydə alınmış 84%-dək.
2015-ci ildə BSA-nın sifarişi ilə IDC tərəfindən aparılmış “Lisenziyasız proqram təminatı və kibertəhlükələr” adlı araşdırmada 81 ölkədə fərdi kompüterlərdə quraşdırılan lisenziyasız proqram təminatının göstəriciləri BSA “Microsoft”a üzv şirkət tərəfindən izlənilən fərdi kompüterlərdə aşkarlanmış zərərli proqramların sayı ilə statistik analiz nəticəsində müqayisə olunub. Araşdırmada bildirilir ki, lisenziyasız proqram təminatının göstəriciləri və zərərli proqram təminatı hadisələri arasında nəzərəçarpacaq müsbət korrelyasiya mövcuddur (r=0,79, belə ki, 0-dan 1-dən olan şkala üzrə 1.00 maksimal korrelyasiya göstəricisi hesab olunur). Əlavə tədqiqatlar onu göstərir ki, ölkədə lisenziyasız proqram təminatının sayının artması həmin ölkədə zərərli proqramların yayılması ilə düz mütənasibdir.
Beləliklə, yalnız lisenziyalı proqram məhsullarının satışı və istifadəsi şəxsi və biznes kibertəhlükəsizliyinin təməl daşıdır. “Microsoft”un mütəxəssislərinin fikrincə, bir çox şirkətlər etibarlı təchizatçılardan lisenziyalı proqram təminatının alınması və proqram aktivlərinin effektiv idarə olunması (SAM) siyasəti və təcrübələrinin hazırlanması vasitəsilə kibertəhlükə risklərini azalda bilər. Lisenziyalı proqram təminatından istifadənin artımı istehlakçıların davranışında labüd dəyişikliklərə səbəb olacaq və Azərbaycanda ümumi biznes mühitinə müsbət təsir edəcək.
Əqli mülkiyyətin qorunması sistemi Azərbaycanda inkişaf etməkdədir və ölkə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının fəal üzvü olmaqla yeni beynəlxalq qaydaların hazırlanmasında iştirak edir. “Microsoft” korporasiyası üzərinə insanları saxta proqram təminatını əldə etməkdən ciddi şəkildə qorumaq öhdəliyini götürüb və istehlakçıları qeyri-orijinal proqram təminatını müəyyən etmək üçün müvafiq vasitələrlə təmin etməyə hazır olduğunu bildirib. Eyni zamanda, şirkət saxta proqram təminatını hazırlayan cinayətkarlara qarşı fəal mübarizə aparmaqla istifadəçi hüquqlarını qoruyur. Məhz buna görə şirkət sözügedən işi məhkəməyə ötürmüş və bundan sonra da öz müştərilərini saxta proqram təminatının qurbanı olmaqdan qorumaq üçün öz fəaliyyətini davam etdirəcək.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 4 gün sonra
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
1 saat əvvəl
3 və daha çox uşağı olan ailələrin 5 il tez pensiyaya çıxması təklif edildi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda 5 bankın 9 aylıq əməliyyat xərcləri 150 milyon manatdan çoxdur
-
1 saat əvvəl
Qazaxıstan şirkəti Bakı Ağ Şəhərdə premium yaşayış kompleksi tikəcək - QİYMƏTLƏR
- 1 saat əvvəl
-
2 saat əvvəl
Gələn il 15 min ailə özünüməşğulluq proqramına cəlb ediləcək
-
2 saat əvvəl
Meyvə bağları üzrə aqrar sığorta ödənişləri 1 milyon manata çatıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gələn il orta pensiya məbləği açıqlandı - 8 faizə yaxın artması gözlənilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Noyabrın 6-da gözlənilən hava şəraiti
Meyvə bağları üzrə aqrar sığorta ödənişləri 1 milyon manata çatıb
Yaşayış minimumu və ehtiyac meyarı artırılır
Ən çox oxunanlar
2008-ci il böhranını əvvəlcədən proqnozlaşdıran “kahin”dən ehtiyatlı mövqe - BİRJALARDA ÇOKÜŞ GÖZLƏYİR
Bazar dəyəri təxminən 32 milyard dollar azaldı - Süni intellektlə (AI) əlaqəli şirkətlər dəyər itirir
Bitcoin-in qiyməti 100 min dollardan aşağı düşüb
Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib
"Yapı Kredi Bank Azərbaycan" müştərilərinə Çinə birbaşa köçürmə imkanı təqdim edir!
Birdən-birə ixracda 1-ci yeri tutan Şirinov 8 il azadlıqdan məhrum edildi - 326 milyonluq qaçaqmalçılıq
Azərbaycan neftinin son qiyməti









.webp)







.jpg)




.jpg)
