"Elə etsinlər ki, kəndli 90-cı illərdə olduğu kimi, pambıqdan bir daha üz döndərməsin"
Fermer: "Pambığın qiyməti bu il hər kiloqrama görə 5 qəpik artırıldı. Ancaq nəzərə almaq lazımdır ki, yanacağın qiymətinin artması aparılan əkin, becərmə, yığım qiymətlərinə təsir etmişdir. Əlaqədar təşkilatlardan xahiş edirik ki, bunu nəzərə alsınlar. Bahalı preparatlardan istifadə etdiyimiz üçün də xərcimiz çox çıxır. Elə etsinlər ki, kəndli 90-cı illərdə olduğu kimi, pambıqdan bir daha üz döndərməsin".Hər tərəfdə qızğın iş gedir. Fermerlər tərəfindən lafet qoşquları ilə gətirilən pambıq laboratoriyada müayinədən keçdikdən, yəni nəmliyi, təmizliyi müəyyən edildikdən sonra içəri buraxılaraq böyükhəcmli elektron tərəzidə çəkilib tayaların yanına göndərilir. Burada boşaldılan məhsul transportyorlarla tayalara qaldırılır. Orada isə fəhlələr onu yayıb sahmana salırlar.
Bax beləcə, ağ tayalar yaranır. Tayalara vurulan pambığın qızışmaması, lazımi temperaturda saxlanılması zavoddakı mühəndis və texnoloqların işidir. Bunun üçün hər tayada havatənzimləyici qurğular quraşdırılmışdır. Ümumiyyətlə, pambıq emalı müəssisəsində iş konveyer üsulu ilə təşkil olunub. Tayalara vurulan pambıq növbə ilə talvarlara daşınır, burada sovurma qurğularına yönəldilir. Borularla öncə qurutmaya, sonra böyük barabana ötürülür. Qazla işləyən barabanda qurudulan pambıq sexə göndərilir. Sexdəki qurğuların vasitəsilə pambığın lifləri çiyidlərindən ayrılır. Təmiz pambıq daha sonra presləmə, yəni kipləmə sexinə gedir. Bu sex isə müəssisənin ən məsuliyyətli bölməsidir. Texniki təhlükəsizlik qaydaları ilə əlaqədar həmin sexdə 4 növbədə çalışan işçilərin hər birinə işə başlamazdan əvvəl mükəmməl biliklər verilir, müvafiq təlim keçilir. Presləmə sexində öz işini yaxşı bilən Məhəmməd Quliyev, Nəriman Həsənov, Aqşin Qafarov, Gülər İsgəndərova və onlarca digər qabaqcıl işçilər var. Pres qurğusundan çıxan kiplər səliqəli şəkildə ağ bezlərə bükülüb ucları tikilir, tərəzidə çəkilir, üzərinə çəkisi və bir sıra başqa göstəricilərdən ibarət möhürbənd vurulur, sonra da hazır məhsulların saxlandığı anbara göndərilir.
Söhbət “MKT-Neftçala” filialından gedir. Cari mövsümdə filialda 3 min tondan çox mahlıc istehsal edilmişdir. Keyfiyyəti yüksək olduğundan xarici ölkələrin şirkətləri, xüsusilə qardaş Türkiyədən gələn iş adamları bu məhsulu məmnuniyyətlə alırlar. Biz müəssisədə olanda bu ölkədən gəlmiş bir neçə “TIR” mahlıcla yüklənib yola salındı. Mahlıc çıxımına gəldikdə isə bu göstərici də yüksəkdir - 43 faiz. Yəni 1 ton xam pambıqdan çiyid, lint və pufdan başqa, 430 kiloqram təmiz mahlıc əldə edilir. Qeyd etmək lazımdır ki, belə yüksək göstərici heç sovetlər zamanında olmamışdır. Bu isə ilk növbədə fermerlərin, torpaq mülkiyyətçilərinin, habelə dövlətin son illər pambıqçılığa göstərdiyi diqqət və qayğının nəticəsidir.
Hazırda Azərbaycanda pambıq istehsalı, tədarükü və emalı ilə məşğul olan bir neçə şirkət fəaliyyət göstərir. Rəqabət mühiti şəraitində onların hər biri fermerə daha yaxın olmağa çalışırlar. Bunu “MKT-Neftçala” filialının timsalında daha aydın görmək olur. Cari ilin əvvəlində filial 1140 nəfər mülkiyyətçi ilə müqavilə bağlamışdır. Fermerlər 4 min 869 hektarda pambıq əkmişlər. Şumdan tutmuş becərməyə qədər filial həmişə onların yanında olmuş, toxum, gübrə, herbisid, pedsidid, texnika və s. ilə kömək göstərmişdir. Bununla bərabər, “MKT-Neftçala” filialının mütəxəssisləri və sahə aqronomları gündəlik olaraq sahibkarlarla görüşüb tövsiyələrini vermişlər. Nəticədə bütün aqrotexniki tədbirlər vaxtında həyata keçirilmiş, 6 dəfə kompleks becərmə aparılmışdır.
Fermer İmadəddin Dadaşov söhbət zamanı belə dedi:
- Biz pambıqçılar üçün şərait yaradılıb. Müqavilə bağladığım “MKT-Neftçala” filialının direktoru Bahəddin Leysanov, habelə filialın digər işçiləri bizə yaxından kömək göstərirlər. Əkin suyu sarıdan bu il müəyyən çətinliklərlə qarşılaşsaq da, bir an belə dayanıb durmadıq. Çalışıb dişimizlə-dırnağımızla yaranan boşluğu doldurduq. Cərgələrarası kultivasiyaya çox üstünlük verdik. Havaların hədsiz isti keçməsinə baxmayaraq, sovka da bu il nədənsə çox oldu. Düzdür, apardığımız mübarizə tədbirləri nəticəsində onun kökünü kəsdik, amma bahalı preparatlardan istifadə etdiyimiz üçün xərcimiz çox çıxdı. Bunlar isə yekunda məhsulun maya dəyərinə təsirsiz ötüşmür, onun baha başa gəlməsinə səbəb olur. Onu da demək istəyirəm ki, pambığın qiyməti bu il hər kiloqrama görə 5 qəpik artırıldı. Ancaq nəzərə almaq lazımdır ki, yanacağın qiymətinin artması aparılan əkin, becərmə, yığım qiymətlərinə təsir etmişdir. Əlaqədar təşkilatlardan xahiş edirik ki, bunu nəzərə alsınlar. Elə etsinlər ki, kəndli 90-cı illərdə olduğu kimi, pambıqdan bir daha üz döndərməsin. Axı pambıq digər bitkilər üçün də yaxşı sələfdir, torpağı xəstəliklərdən qoruyur, növbəli əkin şəraitində başqa bitkilərin də məhsuldarlığına müsbət təsir edir.
İmadəddin Dadaşovla yanaşı, Ağamirzə Mustafayev, İlqar Həsənov, Mürsəl Qafarov, Əfsər Əhmədov da cari pambıq mövsümündə hər hektardan 40-45 sentner məhsul götürməyə nail olmuşlar. Belə qabaqcıl, təcrübəli mülkiyyətçilərin hesabına filial hazırda öz nailiyyətlərinə görə respublikamızda birinci yerdədir. İndiyə qədər sahələrdən 16 min tona yaxın pambıq tədarük edilib. Mütəxəssislərin dediyinə görə, tarlalardan bundan sonra daha bir neçə min ton da məhsul yığılması gözlənilir. Yaxşı haldır ki, hər kəs yetişdirdiyi pambığı maşınlarla yığmağa çalışır. Bunun nəticəsidir ki, əldə edilən ümumi məhsulun 88,5 faizi maşınların payına düşür.
Telegramda Marja.az səhifəsinə abunə olun
© “Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
1 saat əvvəl
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
-
1 saat əvvəl
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
-
-
1 saat əvvəl
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
-
1 saat əvvəl
Tramp bir daha müttəfiqləri Hörmüz boğazının açılmasına kömək etməyə çağırıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
İllik 18% gəlirlilyi olan istiqrazlar 50 investor tərəfindən əldə edilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
-
2 saat əvvəl
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
"CHELEBI" mağazasını idarə edən şirkətin kapitalı azaldılıb
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
Ən çox oxunanlar
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Nazir Çin şirkətinin vitse-prezidenti ilə görüşüb, Hacıqabulda həyata keçirilən layihə müzakirə olunub
AFB Bank-dan yeni “Mono Əməkhaqqı Kartı” – şirkətlər üçün daha sərfəli maaş layihəsi
Qızıl ucuzlaşır - Qiyməti 5000 dollardan aşağı düşdü
262 manata məhsulu sığortaladı – 8801 manat sığorta ödənişi aldı!


















