AMEA Rəyasət Heyəti iclas keçirdi - TƏYİNATLAR
Dekabrın 29-da AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AMEA-nın yaydığı məlumatda bildirilir ki, iclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın birinci vitse-prezidenti v.i.e. və akademik-katibi, akademik Arif Həşimov, AMEA-nın vitse-prezidentləri, akademiklər İbrahim Quliyev, Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, eləcə də Rəyasət Heyətinin digər üzvləri Gövhər Baxşəliyeva, Fikrət Əliyev və Adil Qəribov, AMEA Rəyasət Heyətinin aparat rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov və İşlər İdarəsinin müdiri v.i.e. Fikrət Əliyev iştirak ediblər.
İclası giriş sözü ilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb.
Daha sonra akademik Ramiz Mehdiyev AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı və AMEA-nın müxbir üzvü İslam Mustafayevə 70 illik yubileyləri münasibətilə AMEA-nın Fəxri fərmanını təqdim edib.
Sonra bir sıra elmi-təşkilati məsələlər müzakirə edilib, ilkin olaraq AMEA-nın vəzifə nomenklaturunun təsdiq edilməsi məsələsinə baxılıb.
Məsələ ilə bağlı çıxış edən akademik Arif Həşimov AMEA-nın vəzifə nomenklaturunun yenidən işlənilməsi zərurətinin yarandığını, bu məqsədlə onun yeni layihəsinin hazırlandığını və bütün müvafiq qurumlarla razılaşdırıldıqdan sonra AMEA-nın Rəyasət Heyətinə təqdim edildiyini bildirib.
Müzakirələrdən sonra AMEA-nın vəzifə nomenklaturu təsdiq edilib.
Müzakirəyə çıxarılan növbəti məsələ “Elm və həyat” jurnalının əməkdaşlarının AMEA-nın Fəxri fərmanı ilə təltif edilməsi haqqında olub. Tədbirdə “Elm və həyat” jurnalının çoxillik fəaliyyətində xüsusi xidmətləri nəzərə alınaraq məsul redaktor, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov və jurnalın sabiq baş redaktoru Ülkər Hüseynovanın AMEA-nın Fəxri Fərmanı ilə təltif edilmələri qərara alınıb.
İclasda, həmçinin AMEA-nın Radiasiya Problemləri İnstitutunun böyük elmi işçisi, fizika elmləri doktoru Elçin Hüseynovun radiasiya materialşünaslığı sahəsində mühüm nailiyyətlərini, həmçinin 35 yaşadək elmlər doktoru dissertasiyası müdafiə etdiyini nəzərə alaraq, ona 5 min manat məbləğində pul mükafatının verilməsinə dair qərar qəbul edilib.
Rəyasət Heyətinin müzakirəsinə çıxarılan digər məsələ Avropa Komissiyasının dəstəyi ilə “Şərq Tərəfdaşlığı ölkələri üçün E-infrastrukturlar 5-ci Konfransı”nın keçirilməsi ilə bağlı olub.
Bu barədə çıxış edən akademik Rasim Əliquliyev Avropanın Elm və Təhsil Şəbəkələri Assosiasiyasının (GEANT) koordinasiyası və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən Şərq Tərəfdaşlığı ölkələrini birləşdirən layihə olan EaPConnect (Eastern Partnership Connect) çərçivəsində ildə bir dəfə təşkil edilən “Şərq Tərəfdaşlığı ölkələri üçün E-infrastrukturlar” konfransının 2022-ci ildə ölkəmizdə keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Qeyd edib ki, konfransda EaPConnect layihəsi çərçivəsində Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələrində tədqiqat və təhsil ictimaiyyətinin əlaqələndirilməsi məqsədi ilə təşkil olunan e-elm və e-infrastruktur məsələlərinin müzakirəsi planlaşdırılır. Qeyd olunanlar nəzərə alınaraq, müvafiq qərar qəbul edilib.
Daha sonra tədbirdə akademik Məmməd Salmanovun 90, akademik Pərviz Məmmədovun 85, akademik Məhərrəm Babayevin 85, akademik Qərib Məmmədovun 75, AMEA-nın müxbir üzvü Təhsin Mütəllimovun 90 və AMEA-nın müxbir üzvü İsmayıl İsmayılovun 75 illik yubileylərinin keçirilməsi ilə bağlı qərarlar verilib.
Bundan başqa, akademik Lətif İmanovun 100 illiyinə həsr olunmuş “Molekulyar spektroskopiya” və akademik Məhəmmədəmin Şahtaxtınskinin 90 illiyinə həsr olunmuş “Kompozisiyalı quruluşlar fizikası” beynəlxalq konfranslarının keçirilməsi qərara alınıb.
İclasda, həmçinin bir sıra kadr məsələlərinə baxılıb. Tarix üzrə fəlsəfə doktoru Akif Quliyev AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev AMEA-nın Elm Tarixi İnstitutunun elmi katibi, kimya üzrə fəlsəfə doktoru Ziyarət Paşayeva AMEA-nın Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun elmi katibi və biologiya üzrə fəlsəfə doktoru Sara Əliyeva AMEA-nın Zoologiya İnstitutunun elmi katibi vəzifələrinə təyin olunublar.
AMEA Rəyasət Heyətinin qərarlarına əsasən, AMEA-nın Geologiya və Geofizika İnstitutunun strukturunda və N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi şurasının tərkibində qismən dəyişiklik edilib. Həmçinin AMEA-nın Mərkəzi Nəbatat Bağının Elmi şurasının və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Elmi şurasının yeni tərkibi təsdiqlənib.
Tədbirdə AMEA-nın Fizika İnstitutuna 2020 və 2021-ci illərdə məqsədli qəbul olunmuş fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorant və dissertantların AMEA-nın Biofizika İnstitutuna keçirilməsi məsələsi də müzakirəyə çıxarılıb.
Bildirilib ki, ötən müddət ərzində AMEA-nın Biofizika İnstitutunda fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura mövcud olmadığı üçün bu sahədə yüksəkixtisaslı kadr hazırlığı məqsədli qəbul əsasında AMEA-nın Fizika İnstitunda həyata keçirilib. Qeyd olunub ki, hazırda AMEA-nın Biofizika İnstitutunun mövcud maddi-texniki bazası, infrastrukturu, elmi kadr potensialı orada yüksəkixtisaslı kadrların hazırlanmasına imkan verir. Bu səbəbdən AMEA-nın Fizika İnstitutuna 2020 və 2021-ci illərdə məqsədli qəbul olunmuş fəlsəfə doktoru hazırlığı üzrə 1 doktorant və 2 dissertantın, elmlər doktoru hazırlığı üzrə 2 doktorantın Biofizika İnstitutuna keçirilməsi məqsədəuyğun hesab edilib.
Sonda akademik Arif Həşimov Rusiya EA-nın prezidenti, akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyətinin respublika elmi ictimaiyyəti ilə AMEA-da görüşü və “Elm, innovasiya və təhsil sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Yol Xəritəsi”nin imzalanma mərasiminin yekunları haqqında məlumat verib. Akademik A.Həşimov REA nümayəndələrinin Azərbaycana səfərinin iki qurum arasında elmi əlaqələrin daha da genişləndirilməsi, birgə tədqiqat işlərinin həyata keçirilməsi baxımından yeni imkanlar yaratdığını diqqətə çatdırıb. Əlavə edib ki, AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin REA prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin 25-27 noyabr tarixlərində ölkəmizə səfərinə həsr edilmiş xüsusi buraxılışı işıq üzü görüb. Müzakirələr nəticəsində REA prezidentinin rəsmi səfərinin nəticələri ilə bağlı müvafiq qərar qəbul edilib.
Tədbirə yekun vuran akademik Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlərini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
15 d. əvvəl
Netflix-in xalis mənfəəti 44 faiz artaraq 3,66 milyard dollara çatıb
-
12 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
13 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
13 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
15 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır






















