Azərbaycanda iqtisadi artım açıqlandı
Azərbaycan iqtisadiyyatı 6%-ə yaxın böyüyüb.İlkin məlumatlara əsasən 2021-ci ildə ölkədə 92 milyard 857,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 7,2 faiz, neft-qaz sektorunda isə 1,8 faiz artmışdır.
ÜDM istehsalının 42,5 faizi sənaye, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,9 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,2 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,4 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 9269,3 manata bərabər olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 6 gün sonra
-
7 saat əvvəl
“Bank of Baku” 30 milyon manatdan çox xalis mənfəət açıqladı
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"PSG Kapital İnvestisiya Şirkəti" maliyyə vəziyyətini açıqladı
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Kapital Bank” daxili bazardan 50 milyon manat cəlb edir - ŞƏRTLƏR
-
9 saat əvvəl
Azərbaycan Banklar Assosiasiyası və Hakimlər İttifaqı anlaşdı
-
9 saat əvvəl
“Embawood” “Best Managed Companies Azerbaijan 2024” biznes müsabiqəsində qalib oldu
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı 3 000-i ötüb