Azərbaycanda yeni Lambirghini modeli - satışına başlandı
Lamborghini Aventador S: Super idman avtomobilləri üçün yeni meyarlar
Ölkəmizdə Lamborghini şirkətinin rəsmi nümayəndəliyi olan “Avtolux Azərbaycan” MMC Yeni Lambirghini Aventador S modelini təqdim edir.
Lamborghini Aventador S yeni aerodinamik dizaynı, təkmilləşdirilmiş asqısı, artırılmış gücü və yeni idarəetmə dinamikası ilə xarakterizə olunur.
Yeni Aventador S-in dizaynı yeni Aventador nəslini aydın şəkildə təcəssüm etdirir. Aventador S Aventador nəslinə xas profilini qoruyub saxlamaqla yanaşı bir sıra dizayn dəyişiklikləri, xüsusilə ön və arxa hissədə eksteryer yenilikləri ilə fərqlənir. Hər dəyişdirilmiş komponent Aventadora xas kompleks və güclü dinamizmi vurğulamaqla yanaşı maksimum aerodinamik səmərəliliyə nail olmaq baxımından yenidən dizayn olunub.
Aktiv arxa qanad, sürət və idarəetmə seçimi rejimlərindən asılı olaraq üç pozisiyada hərəkət etdirilə bilir və avtomobilin ümumi balansını optimallaşdırır.
Dörd şah əsər idarəetmə zövqünü mükəmməlləşdirir:
-Dördü də çəkən təkərlər, yeni aktiv asqı sistemi, yeni dörd təkərli idarəetməsistemi və yeni EGO idarəetmə rejimi
-Aventador nəslinin unikal və son dərəcə sərt, yüngül çəkilikarbon lifli monokokuna alüminium çərçivələr əlavəsi ilə qurulan Aventador S şassisinin quru çəkisicəmi 1575 kq-dır.
-EGO konsepti – fərdiləşdirilə bilən idarəetmə rejimi
Aventador S sürücüyə dörd fərqli idarəetmə rejimi arasında seçim etmək imkanı verir: STRADA, SPORT, CORSA və yeni EGO rejimləri. Bu rejimlər dartma hərəkətinə (mühərrik, sürət qutusu, 4 təkər idarəetməsi), dönməyə (LRS, LDS, Servotronic) və asqıya (LMS) təsir göstərir.
STRADA maksimum rahatlıq təmin edir və gündəlik istifadə üçün əlverişlidir. SPORT rejimi idman üslublu arxa ox idarəetməsinin zövqünü yaşadrır. CORSA isə maksimum yarışperformansı üçün uyğundur.
EGO yeni idarəetmə rejimidir. Bu rejim bir neçə əlavə və fərdi tənzimləmə profilləri təqdim edir, onlar sürücü tərəfindən üstünlük verdiyi dartı qüvvəsi, dönmə və asqı meyarlarına əsasən fərdiləşdirilə bilir.
Mühərrik
Lamborghini Aventador avtomobilinin təbii üfürməli 12 silindrli, 6.5 litrlik mühərriki öz sələfindən 40 AG çox olmaqla maksimum 740 AG təqdim edir və 5500 dövr/dəqiqədə 690 Nm fırlanma anınamalikdir. Gücü daha da artırmaq üçün həm VVT (Dəyişən klapan zamanlaması) və VIS (Dəyişən işəsalma sistemləri) optimallaşdırılır. Bundan əlavə, maksimum mühərrik dövrü 8,350 dövr/dəqiqədən 8500 dövr/dəqiqəyədək artır. 1575 kq quru çəkisi 2.13 kq/ag çəki-güc nisbəti təqdim edir. 2.9 saniyədə 0-100 km/saat sürətlənmə xüsusiyyətinə malikdir, maksimal sürəti isə 350 km/saatdır. Transmissiya Lamborghini avtomobillərinin yüngülçəkili, 50 milli-saniyəyədək müddətdə robotlaşdırılmış sürət dəyişmələri təqdim edən Sərbəst Dəyişən Ling (ISR) mexanizminə malik 7 pilləli ötürmə sistemi tərəfindən həyata keçirilir.
Sələfində olduğu kimi Aventador S səmərəlilik məqsədi ilə stop/start və silindr deaktivasiyası sistemləri ilə təchiz olunub. Mühərrik imkanlarından tam istifadə tələb edilmədikdə bir silindr bankını söndürməklə on iki silindrdən altısını müvəqqəti olaraq deaktivasiya etmək mümkündür. Sürücü sürətlənmək istəyərsə, hiss olunmayacaq şəkildə sistem 12 silindr rejiminə dərhal geri qayıdır.
Aventador S Bakıdakı rəsmi Lamborghini nümayəndəliyində satışdadır.
Autolux Azerbaijan
U. Hacıbəyli, 57
Tel: +994 12 4048396
Automobili Lamborghini haqqında daha ətraflı məlumat üçün:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
-
-
2 gün əvvəl
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
-
2 gün əvvəl
ABŞ bankından bazarlar üçün böhran xəbərdarlığı: Vəziyyət getdikcə 2008-i xatırladır
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir
-
2 gün əvvəl
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp Putinin İrana "azacıq" kömək göstərdiyini etiraf edib
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
Ən çox oxunanlar
Palma yağı qiymətlərində artım davam edir
UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
PAŞA Sığorta ilə Ramazan və Novruz bayramlarının sevincini səyahətdə doya-doya yaşayın!
Qarabağda torpaqların icarəyə verilməsi üzrə 2-ci investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin”




















