"Navigator Mobil Sevices" yeni fırıldaqçılıq formalarını kəşf edir
"Navigator Mobile Services" ASC-nin (NMS) fırıldaqçılıq fəaliyyətini ifşa edildikdən sonra bu şirkətin hoqqalarının qurbanı olan vətəndaşlardan şikayətlər gəlməyə başlayıb. Bəzi müraciətlər toxunulan mövzuları təkrarlayıb, amma onların arasında NMS-in yeni növ fırıldaqlarını sübut edən məktublar da var.
"Bu il həyat yoldaşıma 8 mart bayramı ilə əlaqdar hədiyyə olaraq smartfon aldım, amma telefonu ona martın 7-də verdim. O, telefonunun menyusunu tənzimləyən zaman ekrana "Google Play" işarəli simgə çıxıb və guya telefonda müəyyən sayda virus aşkarlandığına dair bildiriş edilib. Təbii ki, o, telefonu viruslardan təmizləmək üçün bildirişə tıklayıb. Həyat yoldaşım "Google Play"ın hansısa tətbiqetməsinin yüklədiyindən əmin olub", - zərərçəkən bildirib.
Onun sözlərinə görə, məlumatda heç yerdə bu xidmətin ödənişli olmasına dair qeyd olmayıb: "Həyat yoldaşım heç bir SMS göndərməyib, heç bir kod yığmayıb. Amma bu xidmətdən istifadə etdiyinə görə, telefonun balansından pul silinməyə başladı".
Zərərçəkən qeyd edib ki, NMS şirkəti ona göndərdiyi məktubda guya SMS xəbərdarlıq göndərib, amma belə bir şey olmayıb. Onun sözlərinə görə, bu müddət ərzində şirkət heç SMS göndərməyib, heç bir antivirus proqramı yüklənməyib.
"Başqa sözlə, bu şirkət hiylə, fırıldaqla həyat yoldaşımı öz pullu xidmətinə yazdırıb. Biz bu məsələdən telefonun istifadəsinə başlayandan təqribən 1 ay sonra xəbər tutduq. Belə ki, telefonun balansında gözlənilmədən çox az məbləğ qalmışdı", - o əlavə edib.
Zərərçəkən bildirib ki, məntiqlə təzə telefonda virus ola bilməz: "Telefonu skan elemədən virusların sayı barədə necə məlumat vermək olar? Bu, açıq-aydın fırıldaqçılıqdır."
Şikayətçinin sözlərinə görə, o, mobil operatorun müştəri xidmətlərinə zəng edib. Xidmətdən ona bildiriblər ki, operator heabdan pul çıxılmasına görə məsuliyyət daşımır, günahkar NMS şirkətidir. Bundan əlavə, pullu xidmətlər siyahısında NMS-in adına heç yerdə rast gəlmək olmur.
Zərərçəkən NMS-ə məktub göndərdikdən sonra şirkət telefonun balansından sildiyi pulu geri qaytarmaqdan imtina edib. "Onlardan mənə ödənişli xidmət göstərmələrinə dair sənəd, hər hansı razılaşma sənədi istəyəndə şirkət istəyimi geri çevirdi", - vətəndaş vurğulayıb.
O, vəkil ilə məsləhətləşmək və NMS-i məhkəməyə vermək niyyətində olduğunu bildirib.
"Bu, açıq-aydın fırıldaqçılıqdır. Heç nə almamışam, amma məndən pul oğurlayıblar. Özü də texniki cəhətdən göstərilməsi qeyri-mümkün xidmətə görə. Məsafədən smartfonda olan virusların sayını müəyyən etmək mümkün deyil. Bunu sizə informasiya texnologiyaları sahəsində çalışan insan kimi deyirəm. Xidmətlər çox asan tənzimlənir. Rəsmi qaydada antivirus proqramı quraşdıra biləcəyiniz sayta daxil olanda orada kiçik şriftlərlə xidmətin qiyməti və istifadə qaydaları göstərilir. Tizer, reklam şəbəkələri vasitəsilə daxil olan zaman skrinşotlarda xidmətin pullu olmasına dair heç bir məlumat olmur. Açılmış hissəni hərəkət etdirmək də olmur ki, aşağı çəkib informasiyanı oxuya biləsən", - zərərçəkən deyib.
Abunəçilərdən başqa biri də hesabından pul silindiyini (ümumi məbləğ təqribən 15 manata bərabər olub) aşkarladığını qeyd edib. O, operatorun xidmət bölməsinə zəng edib və ona NMS şirkətini ödənişli xidmətinə bağlanmasına dair məlumat verilib.
"Mən belə xidmətə qoşulmadığımı bildirdim, qarşı tərəf isə telefon nömrəsini verib NMS şirkəti ilə əlaqə saxlamağımı məsləhət gördü. Onlara zəngin birinci dəqiqəsi (dəqiqə siqnal səsindən hesablanır) pulsuzdur, amma sonrakı dəqiqələr pulludur. Başqa sözlə, rabitə operatorunun xidmətindən əlavə, şirkətə zəngdən də pul çıxılır. Onlara zəng etməyim heç nəyi dəyişmədi, mənə bu xidmətə qoşulduğumu bildirdilər", - zərərçəkən vurğulayıb.
Bu şikayətlərdən aydın olur ki, NMS bu il abunəçiləri müxtəlif "saxta" saytlarda qeydiyyatdan keçirərək köhnə işlərindən qalmayıb.
Abunəçi artıq bu məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət edib.
© Report
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
7 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
7 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
8 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
9 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı
























