Azərbaycanda iqtisadi artım açıqlandı
2022-ci ilin yanvar-fevral aylarında ölkədə 19 milyard 175,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 10,1 faiz artmışdır.
ÜDM istehsalının 53,6 faizi sənaye, 7,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,1 faizi tikinti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,3 faizi informasiya və rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 14,9 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,8 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 1909,7 manata bərabər olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
13 d. əvvəl
İri şirkət müxtəlif vəzifələr üzrə işçi qəbuluna start verdi -50 -DƏN ÇOX İŞÇİ TƏLƏB OLUNUR
-
37 d. əvvəl
Bu ilin ilk 3 ayında Azərbaycan Gürcüstanın 5-ci əsas ticarət tərəfdaşı olub
-
1 saat əvvəl
Azərbaycan və Tacikistan şirkətləri anlaşdılar - BAKIDA 8 SƏNƏD İMZALANDI
-
2 saat əvvəl
Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu
-
2 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Dövlət Xidmətinin şöbə müdiri Metrologiya İnstitutuna müvəqqəti rəhbərlik edəcək