"Daha çox mal gətirib ehtiyat yaratmağa pul çatmır" - MÜSAHİBƏ
“Azərsun Holdinq” MMC-nin prezidenti, bank nümayəndələrindən və sahibkarlardan ibarət İctimai Şuranın sədri Abdolbari Gözəl (Abdolbari Goozal) müsahibə verib.
- Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiya Prezidenti Vladimir Putin ölkədən bir sıra məhsulların xüsusilə də taxıl və şəkərin ixracını qadağan etdi. Azərbaycanın ən böyük şirkətinin sahibi olaraq ölkəmizdə bu məhsullara qarşı yarana biləcək əlavə tələbatı qarşılamağa hazırsınız?
- Biz çox ciddi tədbirlər görürük. Heç bir nigarançılığa yer yoxdur. Ehtiyat anbarlarımız, imkanlarımız var. Bizdə elə böyük yüksəliş, elə böyük qiymət artımları gözlənilmir. Dünya bazarına görə, 3-5 % artım ola bilər. Amma anbarlarımızda ehtiyatlarımızın olması imkan vermir ki, hər partiya fərqli qiymətə olsun. Biz ehtiyat məhsullarımızla satışdakı məhsulları qarşılaşdırırıq və burada da Azərbaycan xalqı qazanır. Məhz apardığımız balanslaşdırma nəticəsində insanlar birdən-birə şokla qarşı-qarşıya qalmır. Bu baxımdan dövlətimizə də yardım etmiş oluruq.
- Koronavirus pandemiyası (COVID-19) təzə başlayanda bank nümayəndələrindən və sahibkarlardan ibarət İctimai Şuranın yaradılmasına qərar verilmişdi. Bu Şuraya siz rəhbərlik edirsiniz. Bu vaxta qədər sahibkarlar hansı problemlərlə bağlı müraciət edib və onların həlli istiqamətində hansı addımlar atılıb?
- İndi əsas problem budur ki, əvvəllər bir malı alırdın 700 ABŞ dollarına, indi isə onu 1 400 ABŞ dollarına alırsan. Yəni qiymətlər iki dəfə artıb. Sahibkarın əlindəki pul çatmır ki, daha çox mal gətirib özünə ehtiyat yaratsın. Malın bahalaşması pul çatışmazlığına səbəb olub.
Məhz bu səbəbdən də biz dövlətdən də xahiş etdik ki, sahibkarlara bir az ucuz qiymətə kredit versin və sahibkarlar bu üsuldan istifadə edib daha çox mal gətirib ehtiyat saxlaya bilsin.
- Amma dövlət kiçik və orta biznes üçün dəstək mexanizmləri hazırlayıb. Müəyyən kredit imkanları yaradılıb...
- Bəli, onlar ayrı. Dövlət onlara kömək etməlidir və edir. Mənim dediyim sahibkarlar mal gətirir, yaxud burada istehsalla məşğuldurlar. Onlara kredit dəstəyi verilsə bu biznesin qorunması və inkişaf etdirilməsi baxımından rahat olar.
- Ölkəmizin ən böyük ixracatçı şirkətlərindən birinin rəhbəri olaraq hazırda bu sahədəki durumu necə dəyərləndirirsiz?
- İxracımız davam edir. Amma biz ilk olaraq Azərbaycanı düşünürük. Azərbaycan bazarını qarantiyə aldıqdan sonra ixracı da həyata keçiririk.
- Siz qiymət artımının o qədər də yüksək olamayacağını qeyd edirsiniz. İstehsalınızda xammalla bağlı vəziyyət necədir? Elə bir məhsul varmı ki, onun xammalını 100 % yerli məhsul olsun?
- Bəli, var. Məsələn kağız-karton məhsullarını biz yerdən yığırıq və onları karton şəklinə gətirib camaata veririk.
- Amma deyəsən bu sahədə zərərlə çalışırsınız...
- Xeyr. Kartonda vəziyyət o qədər də pis deyil. Həmçinin duz istehsalı. Burada da xammalımız yerli məhsuldur. Həmçinin konservlərdə də xammal 100 % yerli məhsuldur. Amma qablaşmalar xaricdən alınır. Xüsusən də şüşəni xaricdən alırıq. Düzdür Azərbaycanda da şüşə qab istehsalı var və biz onlardan alırıq. Amma təəssüf ki, çatmır. Amma bu sahədə də irəliləyiş gözlənir. Yeni istehsalın olması gözlənir.
- Gözəl bəy, azad edilmiş torpaqlarda da fəaliyyət göstərirsiniz. Ötən həftə İran və Azərbaycan nümayəndə heyətinin Cəbrayıla səfəri nəzərdə tutulurdu. Hansı obyektlərə baxış keçirilməsi nəzərdə tutulurdu?
- Bəli, Azərbaycanla İran arasında İqtisadi, Ticarət və Humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri olan İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi və Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə Cəbrayıla səfərimiz nəzərdə tutulurdu. Hava şərtlərinin uyğun olmaması və bir sıra başqa texniki məsələlərə görə, səfər bir müddət sonraya təxirə salındı.
Orada bir xəstəxana və bir məktəbin tikintisi nəzərdə tutulub. Cənab Prezident bu obyektlərin təməlini qoymuşdu, biz isə işlərin gedişinə baxış keçirməyi planlaşdırmışdıq.
- Biz tez-tez dünyada ən tanınmış sahibkarların gənclərə tövsiyələri ilə qarşılaşırıq. Azərbaycanın ən uğurlu iş adamlarından biri olaraq siz nə tövsiyə edərsiniz?
- Təbii ki, hər bir uğurlu sahibkar ayrı-ayrı yollardan keçib, fərqli çətinliklər görüb və zirvəyə yetişib. Yəni hamının keçəcəyi bir yol yoxdur.
Amma mən özümü örnək versəm, onlara tövsiyə edərəm ki, indidən sözləri bir olsun. Sözü dedi kəlləsi ilə bir olsun. Dürüst olsun! Atdığı addımda başqaları zərər görməsin, əksinə xeyir görsün!
Bu 3 məsələni özlərinə hədəf götürsünlər! Məncə bunlara riayət edən gənc qabağa gedəcək.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
© Report
Müştərilərin xəbərləri
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
-
5 saat əvvəl
AMB ödəniş kartlarının təhlükəsizliyinə dair məcburi standartlar tətbiq edəcək
-
6 saat əvvəl
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Capital Partners”in gəlirləri 78%, xalis mənfəəti 15% artıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
7 saat əvvəl
Gülşən Cumayeva: “PAŞA Kapital” 2026-cı ildə prioritet layihələri davam etdirəcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
“Capital Partners”in gəlirləri 78%, xalis mənfəəti 15% artıb
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Ən çox oxunanlar
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir
“PAŞA Kapital”, investisiya şirkətlərinin ümumi ticarət dövriyyəsinin 42%-dən çoxunu formalaşdırıb
Bu il Sərsəng Su Anbarının yenidən qurulmasına başlanılacaq


















.jpg)



