Ukrayna böhranı: qida qiymətləri daha da arta bilər
Bu ilin 24 fevralında başlamış münaqişə yalnız geosiyasi durumun deyil, həm də qlobal miqyasda iqtisadi vəziyyətin dəyişməsinə də səbəb oldu. Lakin hələ Rusiya ordusu Ukrayna ərazisinə keçməmişdən əvvəl də son bir il ərzində ərzaq qiymətlərində gözəçarpan artım müşahidə olunurdu. Bu arada son iki ayda insanlar ərzaq qiymətlərində böyük sıçrayışlar gördülər. Qlobal miqyasda ərzaq bir il əvvəlkindən iyirmi faiz daha bahadır, bu ilin yanvarından isə dünyada qiymətlər dörd faiz artıb.
Bu qiymət artımlarına müxtəlif amillər, o cümlədən nəqliyyat xərclərinin artması, tədarük zəncirinin pozulması, habelə qarğıdalı və buğda əmtəə qiymətlərinin artması səbəb olub.
Qılınc kəsməyəni çörək kəsər...
“Avropanın çörək səbəti” hesab olunan Ukraynadakı müharibə artıq qısamüddətli perspektivdə ərzaq qiymətlərinə təsir edib. Ukrayna və Rusiya qlobal buğda istehsalının təxminən 10 və 20 faizini təşkil edir və ümumi buğda ixracının 30 faizi bu iki ölkədən gəlir.
Münaqişə nəticəsində Ukraynadan buğda ixracı dayanıb. Belə ki, bu ölkənin Qara Dənizdəki liman qurğularının fəaliyyəti dəyandırılıb və nəticədə 2021-ci ildə yığılan buğda məhsulunun xaricə axınının da qarşısı alınıb. Odur ki, daha yüksək buğda qiymətləri hamı üçün daha yüksək ərzaq qiymətlərinə çevrilməkdədir.
Günəbaxan yalnız tum demək deyil...
Ancaq buğda və çörəyin qiymətində artım, qida və ərzaq dəyərinə təsir edən yeganə amil deyil. Ukrayna daha bir mühüm məhsulun ixracatçısıdır. Avropa Ukrayna günəbaxan yağının istehsalının yarısını idxal edir. Məhz bu yağdan bişmiş, konservləşdirilmiş və hazır qidalarda, həmçinin sousların və şorbaların hazırlanmasında istifadə olunur. O, eyni zamanda, qənnadı məmulatlarında geniş istifadə olunur və uşaq qidasının əvəz edilməsi çətin olan tərkib hissəsidir.
Avropa İttifaqının bitki yağı emalçılarının çətir assosiasiyası olan FEDIOL-un baş direktoru Natali Lekok “politico.eu” portalına verdiyi müsahibəsində qeyd edib: “Son hadisələr açıq şəkildə tədarük zəncirinin pozulmasına səbəb olub, çünki biz Ukrayna günəbaxan tumunun yağının Avropaya müntəzəm tədarükündən asılıyıq. Hazırkı vəziyyətdən olduqca narahatıq.”
Bəs bizdə vəziyyət necədir...
"Veysəloğlu" Şirkətlər Qrupunun distribusiya şirkəti “Veysəloğlu” MMC duru yağların təchizatı üzrə ölkə bazarında “Sunar”, “Avedov”, “Qidam” kimi markalarla müəyyən bir paya sahibdir. Hazırda davam edən Rusiya-Ukrayna münaqişəsi səbəbilə istehsalatın bütün sahələrində olduğu kimi, duru yağ istehsalında da ciddi bir sıxıntı yaranıb. “Veysəloğlu” MMC-nin Qastronom və dondurulmuş məhsullar üzrə Marketinq Departamentinin Marketinq meneceri Elmar Çəltikov yaranmış vəziyyəti bu cür təsvir edir:
“Duru yağ qiymətlərində müşahidə olunan 30-50%-ə yaxın qiymət artımı Azərbaycan bazarındakı qiymətlərə də müəyyən bir artımla təsir edəcək. Biz “Veysəloğlu” MMC olaraq yarana biləcək çətinliyin qarşısını almaq məqsədilə artıq ehtiyat tədarük etmişik. Nəzərinizə çatdıraq ki, hazırda “Veysəloğlu” MMC tərəfindən distribusiya olunan duru yağ məhsullarının qiymətlərində artım olmayıb, lakin qlobal proseslərin fonunda yuxarıda qeyd olunan iqtisadi təsirlər səbəbilə qiymətlərdə müəyyən qədər artım olacağı gözlənilir”.
Qeyd edək ki, dünyada duru yağ istehsalında böyük pay Ukrayna və Rusiya bazarına aiddir. Yaranmış olan vəziyyətlə əlaqədar bir sıra ölkələr müəyyən addımlar atmışdır. Məsələn, Türkiyə ölkə daxilində yarana biləcək sıxıntının qarşısını almaq məqsədilə duru yağ ixracatını dayandırmışdır.
Yaxşı, bəs ət necə...
Mətbəximizin vacib tərkib hissəsi olan ətin də qiymətində dəyişiklik var. Bu da qiymətlərin qlobal miqyasda qalxmasının qaçılmaz bir nəticəsidir. “Veysəloğlu” MMC-nin Qastronom və dondurulmuş məhsullar üzrə Marketinq Departamentinin Marketinq meneceri Pərviz Hüseynov ölkəmizdə dondurulmuş ət məhsulları ilə bağlı vəziyyəti belə izah edir:
“İlk növbədə vurğulayım ki, quş əti Azərbaycana ən çox Ukraynadan idxal edilir. Münaqişənin bölgədə yaratdığı iqtisadi çətinliklər nəticəsində tələbin təklifi keçəcəyi, bunun da qiymətlərə təsiri gözləniləndir. Eyni zamanda, heyvan qidasının əsasını Ukrayna və Rusiya təmin etdiyi üçün yemin və nəticə etibarilə quş ətinin qiymətində artımın olacağı qaçılmazdır. Logistikada problemlər də qiymət artımına təsir edən amillərdəndir. Bununla yanaşı, ödəniş proseslərində müəyyən səbəblərdən çətinliklərin yaranması ilə məhsul alışı əvvəlki qaydada həyata keçirilməyəcək. Çünki fabriklərin əksəriyyəti ödənişləri əvvəlcədən tələb edir və təbii ki, bu günkü vəziyyətdə Rusiya və Ukraynaya əvvəlcədən ödəniş risklidir. Alternativ bazar olaraq, Gürcüstan, Türkiyə və İran dəyərləndirilir. Bu ölkələrdən qeyd edilən məhsulların idxalı istiqamətində hazırda dövlət səviyyəsində müvafiq tədbirlər görülür.”
Şirkətimiz tərəfindən bu günkü vəziyyətdə Belarus və Gürcüstandan tədarük üçün lazımi addımları atmışıq. Bununla bağlı fəaliyyətimiz davam edir və müştərilərimizin məhsulla kifayət qədər təminatı üçün çevik şəkildə daim axtarışdayıq.
Marja.az üçün Aynur Həsənzadə, “Veysəloğlu” MMC-nin Korporativ Kommunikasiyalar şöbəsinin rəhbəri
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
6 d. əvvəl
SOCAR və İtaliyanın enerji nəhəngi üçüncü ölkələrdə birgə layihələr həyata keçirə bilər
-
27 d. əvvəl
"1 kvadratmetri başlayanda 4 min dollar idi, indi 8 min dollardır"
- 44 d. əvvəl
-
1 saat əvvəl
İlon Mask 80 milyard dollar borcu olan media nəhənginə 1 milyard dollar yatırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
PepsiCo və Taco Bell əməkdaşlığı 2036-cı ilə qədər uzadıb - KFC isə Coca-Cola-ya keçir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
SOCAR və İtaliyanın enerji nəhəngi üçüncü ölkələrdə birgə layihələr həyata keçirə bilər
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Netflix-in xalis mənfəəti 44% artıb, lakin səhmləri 6% ucuzlaşıb – Şirkət reklam gəlirləri üzrə proqnozunu azaldıb
Tide və Pampers-in istehsalçısının gəlirləri artıb - satışları 23 milyard dolları keçib, səhmləri 5%-dən çox bahalaşıb
PepsiCo və Taco Bell əməkdaşlığı 2036-cı ilə qədər uzadıb - KFC isə Coca-Cola-ya keçir
Netflix-in xalis mənfəəti 44 faiz artaraq 3,66 milyard dollara çatıb
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib























