Qubalılar: "fındıq alma deyil ki, tez xarab olsun"
Alma diyarı kimi tanınan Quba öz fındığı ilə də məşhur ola bilər
Azərbaycanda ixracyönümlü qeyri-neft məhsulları arasında fındıq qazancına görə ön sıradadır. Ona görə də son illər bu sahəni inkişaf etdirmək üçün spesifik olan bölgələrdə bağların salınmasına başlanılıb. O cümlədən Quba rayonunda yaxın illərdə 2 min hektarda yeni fındıq bağlarının salınması nəzərdə tutulur.
Onu da bildirək ki, qubalılar hazırda daha çox meyvəçiliklə məşğuldurlar. Əhalinin demək olar ki, yarıdan çoxu öz ruzisini alma əkib becərərək qazanırlar. Hər il rayonda eyni adda bayram da keçirilir.
Bununla yanaşı, Quba torpağı üçün fındıq da yad bitki deyil. Rayonun aran kəndlərinin şəxsi təsərrüfatlarında fındıq əkilir. Hətta bir qədər gec yetişən fındığı bazara onun qıt vaxtı çıxarırlar. Bu da hava şəraiti ilə bağlıdır. Qubada meyvələrin çoxu bazara gec çıxarılır. Lakin fındığın kütləvi istehsalından bu günədək istifadə edilməyib.
Hazırda rayonun demək olar ki, bütün kəndlərində 1, 2, 3 illik pöhrələr yetişdirilir. Cəmi 115 hektar sahədə becərilən pöhrələrin ayrılmış ərazilərdə torpağa basdırılması başa çatıb. Kənd əhalisinin gəlir mənbələrindən olan fındıqçılığı inkişaf etdirmək üçün rayonun kəndlərində yeni bağ sahələrinin salınması üçün əlavə ərazilər də müəyyənləşdirilib. Rustov, Gültəpə, Zərqava, Orduc, Təncaltı, Hacıağalar, Mohuc, Alpan və digər kəndlərdə ayrılmış ərazilərdə fındıq ağaclarının becərilməsinə başlanıb. Rayon üzrə 2 min hektarlıq bağ sahəsinin cəmi 300-ü bələdiyyənin payına düşür. 1700 hektar sahə şəxsi təsərrüfat sahibləri tərəfindən becərilir. Bu da yerli əhalinin fındıq becərilməsində maraqlı olduqlarını göstərir.
Fındıq ağacı isti aylarda suya çox tələbkardır. Odur ki, salınan bağlarda öncə bu problemi həll edirlər. Birincisi, həmin bağlar daimi su hövzələrinin yaxınlığında yaradılır, ikincisi, gələcəkdə bağlarda müasir suvarma sisteminin quraşdırılması nəzərdə tutulur.
Qubalıların əsas ticarət tərəfdaşı Rusiyadır. Bu səbəbdən satışla bağlı heç bir problemin olmayacağı artıq məlumdur. Üstəlik, saxlama kameraları da fındığı qəbul etməyə hazırdır. Digər tərəfdən, qubalılar demişkən, fındıq alma deyil ki, tez xarab olsun.
Onu da bildirək ki, fındıqçılıqla bağlı yerli əhali arasında maarifləndirmə işləri də aparılır. Bu məqsədlə indiyədək 32 kənddə şəxsi təsərrüfat sahibləri ilə görüşlər keçirilmiş, onlara fındıqçılıq barədə geniş məlumat verilmişdir. Yerli icra strukturlarının, Quba Rayon Kənd Təsərrüfatı İdarəsinin əməkdaşları bu işdə yaxından iştirak edirlər. Bu cür işlərin nəticəsində gələcəkdə bir neçə kəndin sahibkarları bir təsərrüfatda birləşməyi də qərara alıblar. Aldığımız məlumata görə, artıq 72 fındıq istehsalçısı bu işdə qərarlıdır.
Hazırda rayonda bu sahənin inkişafı ilə bağlı işlər davam edir. Çox çəkməz ki, tarixdə alma diyarı kimi tanınan Quba öz fındığı ilə də məşhur olar. Zəhmətkeş, işgüzar və ticarət sahəsində bacarığı olan qubalılar yəqin ki, bu işin də öhdəsindən layiqincə gələcəklər.
© "Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
5 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 6 saat əvvəl
-
7 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
8 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti















.jpg)









