Azərbaycan iqtisadiyyatı 7%-dən çox artıb
2022-ci ilin yanvar-aprel aylarında ölkədə 39 milyard 554,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 faiz, qeyri neft-qaz sektorunda isə 11,4 faiz artmışdır.
ÜDM istehsalının 54,8 faizi sənaye, 7,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,0 faizi tikinti, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4 faizi informasiya və rabitə, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 14,5 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,9 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 3938,4 manata bərabər olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 7 d. əvvəl
- 30 d. əvvəl
-
35 d. əvvəl
Dövlət Xidmətinin şöbə müdiri Metrologiya İnstitutuna müvəqqəti rəhbərlik edəcək
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident İlham Əliyev İranın Ali Rəhbərinə başsağlığı verib
-
1 saat əvvəl
İranın prezidenti səlahiyyətlərini icra edəcək şəxs məlum olub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heydər Əliyev prospektinin bir addımlığında yeni yaşayış kompleksi tikilir
- 2 saat əvvəl
- 2 saat əvvəl