Azərbaycanını iqtisadi artım rəqəmi açıqlandı - SON MƏLUMATLAR

2022-ci ilin yanvar-avqust aylarında ölkədə 84 milyard 880,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,0 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 10,3 faiz artmışdır.
ÜDM istehsalının 52,5 faizi sənaye, 7,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,9 faizi tikinti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 8440,1 manata bərabər olmuşdur.
2022-ci ilin yanvar-avqust aylarında sənaye istehsalı haqqında
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-avqust aylarında 56,1 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 1,6 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 9,0 faiz artmışdır.
Sənaye məhsulunun 75,5 faizi mədənçıxarma sektorunda, 20,6 faizi emal sektorunda, 3,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,2 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 11,3 faiz artmışdır.
Emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 3,3 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, əczaçılıq məhsullarının istehsalı 76,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 59,9 faiz, elektrik avadanlıqlarının istehsalı 50,1 faiz, mebel istehsalı 49,8 faiz, geyim istehsalı 47,3 faiz, maşın və avadanlıqların istehsalı 38,5 faiz, hazır metal məmulatlarının istehsalı 35,9 faiz, poliqrafiya məhsullarının istehsalı 27,3 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 25,9 faiz, tikinti materiallarının istehsalı 21,7 faiz, kağız və karton istehsalı 18,9 faiz, qida məhsullarının istehsalı 13,2 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 12,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 9,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 8,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 7,1 faiz, tütün məmulatlarının istehsalı 2,4 faiz artmış, içkilərin istehsalı 6,1 faiz, neft məhsullarının istehsalı 10,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 22,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 28,0 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,1 faiz artmışdır.
İnvestisiyalar
2022-ci ilin yanvar-avqust aylarında əsas kapitala 9 milyard 117,0 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz çox vəsait yönəldilmişdir.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 13,1 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 22,5 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 5 milyard 306,3 milyon manatı və ya 58,2 faizi məhsul istehsalı sahələrinə, 3 milyard 292,0 milyon manatı (36,1 faizi) xidmət sahələrinə, 518,7 milyon manatı (5,7 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 6 milyard 843,3 milyon manatını və ya 75,1 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 6 milyard 642,6 milyon manatı və ya 72,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 51,0 faiz, büdcə vəsaitləri 34,5 faiz, əhalinin şəxsi vəsaitləri 7,2 faiz, sair vəsaitlər 4,4 faiz, bank kreditləri isə 2,9 faiz təşkil etmişdir.
Müştərilərin xəbərləri

“OBA” marketlər şəbəkəsinin İnsan Resurslarında beynəlxalq standartlara uyğun yeni mərhələ: SAP HR moduluna uğurlu keçid
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 5 saat əvvəl
-
5 saat əvvəl
FAB Şirkətlər Qrupu Orta Asiya bazarına böyük həcmli ixraca hazırlaşır
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
5 saat əvvəl
"FED-in müstəqilliyini itirməsi halında qızılın qiyməti 5000 dollara çata bilər"
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mal-qaranın və keçi-qoyunların sayı ən aşağı həddə düşüb, ölkəyə ət idxalı 17,5 % artıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Qeyri-neft-qaz sektorun vergi daxilolmaları 690,4 milyon manat çox olub
-
6 saat əvvəl
"Rebuild Karabakh 2025"də sahibkarlar üçün ödənişsiz stend təklif olunur
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər

“OBA” marketlər şəbəkəsinin İnsan Resurslarında beynəlxalq standartlara uyğun yeni mərhələ: SAP HR moduluna uğurlu keçid


“Zamex”dən vətəndaş şikayətləri artıb

Azərbaycanda külək turbinləri istehsal oluna bilər - Türkiyə şirkətlərilə görüş keçirilib, Azərbaycana dəvət olunublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

“Azərşin” ləğv oluna bilər

"Maybo" şirkətinin xalis mənfəəti kəskin artıb

Yanğın hadisələri üzrə fermerlərə 29 min manat ödəniş edilib

AZCON-da yeni təyinat olub

Özəl bank dövlət bankının səhmdarları sırasına daxil olub

"Prime Cotton" 30 illik yubileyində pambıqçılar üçün ənənəvi “Açıq Tarla Günü”nü keçirdi

Batareya Saxlanc Sistemləri qurulur - Azərbaycanda deyil, bütövlükdə MDB-də ilk olacaq
