Vergi Xidmətinin və Gömrük Komitəsinin büdcə üzrə planları artırılır - MƏBLƏĞLƏR
Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar proqnozu 1 milyard 662,0 milyon manat, Dövlət Gömrük Komitəsi üzrə 145 milyon manat artırlır.2023-cü ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların ÜDM-yə nisbəti 12,7 faiz olmaqla dövlət büdcəsi gəlirlərinin 43,6 faizini və ya 13 milyard 402 milyon manat təşkil edəcəkdir ki, bu da cari ilin dürüstləşdirilmiş proqnozundan 1 milyard 662 milyon manat və ya 14,2 faiz, 2021- ci ilin icra göstəriciləri ilə müqayisədə isə 4 milyard 872,8 milyon manat və ya 57,1 faiz çoxdur.
Marja 2023-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamaya istinadən xəbər verir ki, bununla yanaşı, növbəti ildə dövlət büdcəsi gəlirlərinin 11 milyard 280 milyon manatı və ya 36,7 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 4 milyard 750 milyon manatı və ya 15,5 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 750 milyon manatı və ya 2,4 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 538,7 milyon manatı və ya 1,8 faizi isə sair gəlirlərin payına düşür.
2023-cü ildə neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə neft sektorunun gəlirləri 759,5 milyon manat və ya 4,9 faiz çoxdur ki, bununda 69,2 faizini və ya 11 milyard 280,0 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 30,8 faizini və ya 5 milyard 17 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir.
Növbəti ildə qeyri-neft sektoru üzrə dövlət büdcəsi gəlirlərinin 58,1 faizini vergi orqanlarının xətti ilə daxilolmalar, 33,0 faizini gömrük orqanlarının xətti ilə daxilolmalar, 5,2 faizini büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən büdcədənkənar fondlara daxilolmalar, 3,7 faizini sair gəlirlər təşkil edəcəkdir.
2023-cü il üzrə dövlət büdcəsinə proqnozlaşdırılan Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 62,6 faizi və ya 8 milyard 385 milyon manatı qeyri-neft sektorunun, 37,4 faizi və ya 5 milyard 17 milyon manatı neft sektorunun payına düşür.
2023-cü il üzrə təqdim edilən makroiqtisadi göstəricilərə əsasən idxalın həcmi 21,2 milyard manat nəzərdə tutulur ki, bu da cari ilin gözlənilən idxalından 4,7 faiz, 2021-ci ilin faktından 6,4 faiz çoxdur.
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar ÜDM-nin 4,5 faizi həcmində olmaqla 4 milyard 750 milyon manat nəzərdə tutulur ki, bu da 2022-ci ilin proqnozu ilə müqayisədə 145 milyon manat və ya 3,1 faiz, 2021-ci ilin faktı ilə müqayisədə 407 milyon manat və ya 9,4 faiz, çoxdur.
HƏMÇİNİN OXU: 2023-cü ilin dövlət büdcəsinin ilkin göstəriciləri açıqlandı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
22 d. əvvəl
Azərbaycandan Qanaya biznes missiyanın təşkili planlaşdırılır
-
34 d. əvvəl
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
-
1 saat əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
1 saat əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
Ən çox oxunanlar
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi







.jpg)





.jpg)





