“Turquoise” və "Proyapı" şirkətləri Qarabağın yenidən qurulması ilə əlaqədar konfrans təşkil edib
Noyabrın 17-də “Qarabağın yenidən qurulması çərçivəsində yol, körpü və tunel tikintilərində tətbiq edilən müasir materiallar, mexanizmlər və istifadə qaydaları” üzrə konfrans keçirilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, “Turquoise” MMC, “Proyapı” MMC şirkətləri, həmçinin Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə baş tutan konfransda “Tunellərdə və avtodayanacaqlarda havalandırma”, “Aşağıya doğru yamac boyunca mərhələli enmə üsulu ilə 55 metr uzunluğunda körpü aşırımının həyata keçirilməsi, Qarabağ üçün zəlzələyə davamlı bina modeli”, “Avtomobil və dəmiryolu körpülərində yastıq və inşaat tikiş birləşmələri”, “Geoarme divarlar və onların Qarabağın yenidən qurulmasında nümunələri, yol tikintisində innovativ məhsullar” mövzularında məruzələr edilib. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpası istiqamətində aparılan genişmiqyaslı işlər, layihələr barədə konfrans iştirakçılarına məlumat verilib.
Konfransı açan Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova çıxışında bu çür konfransların təşkil edilməsinin vacibliyindən, konfransda iştirak edən universitetin professor-müəllim heyətinə və tələbələrə faydalı və praktik məlumatların ötürülməsində böyük rolundan, konfransda çıxış edən tikinti şirkətlərinin nümayəndələri ilə gələcək əməkdaşlıq və təcrübələrin mənimsəməsinin əhəmiyyətini vurğulayıb.
Daha sonra konfansda çıxış edən Dövlət Ekspertiza Baş İdarəsinin rəisi Təyyar Hüseynli bildirib ki, “İşğaldan azad olunan ərazilərdə aparılan yol infrastrukturunun uzunluğu hazırda çoxdur. Onların bəziləri hələ ekspertizaya təqdim olunmayıb. Bunun səbəblərindən biri layihələrin tam şəkildə işlənib qurtarmamasıdır, çünki ərazilərin minalardan təmizlənməsi hala davam edir. Ona görə həmin layihələrin mərhələli şəkildə ekspertiza idarəsinə təqdim olunmasını məqsədəuyğun hesab edirik”.
Konfransda, həmçinin Qarabağda çəkilən yollardan, tunellərdən və körpülərdən bəhs edən videoçarx nümayiş olunub.
Konfransın sonunda “Turquoise” MMC şirkətinin baş direktoru, konfransın əsas təşkilatçısı Ali İhsan Genc bütün iştirakçılara və konfransda çıxış edən şirkət nümayəndələrinə dərin minnətdarlığını bildirərək, bu cür konfransların mütəmadi olaraq təşkil olunmasını, universitet tələbələrinin mövcud layihələrdə iştirak edərək yeni biliklərin əldə edilməsində, işğaldan azad edilən ərazilərimizin bərpası və inkişafına töhfə verəcəklərinə ümidvar olduğunu vurğulayıb.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
- 5 d. əvvəl
- 24 d. əvvəl
-
35 d. əvvəl
Neft bazarında yeni bahalaşma dalğası – Brent 114 dolları, ABŞ nefti 100 dolları ötüb
- 42 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda bitki yağları üzrə təminat zəifdir: göstərici 52,4%-ə geriləyib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Volvo Cars-ın səhmləri 27% ucuzlaşdı – Şirkət 2500 işçisini ixtisar edəcək, milyardlarla kron zərər açıqlayıb
Neft bazarında yeni bahalaşma dalğası – Brent 114 dolları, ABŞ nefti 100 dolları ötüb
Nvidia-nın rəhbəri ilk dəfə Qazaxıstana səfər edib – Ölkədə süni intellektə 10 milyard dollarlıq investisiya planlaşdırılır
Ən çox oxunanlar
Balıq və balıq məhsulları üzrə təminat güclənib: 81,1%
Yumurta üzrə yerli təminat daxili tələbatı üstələyib – 104%
Süd və süd məhsulları üzrə özünütəminetmə 81% olub – 6 illik mənzərə
Oktyabrın 24-də gözlənilən hava şəraiti
“AllAllFinance”ın xalis mənfəəti 14% artıb
























