“Azərbaycan İqtisadçılar İttifaqı” Şuşa haqqında kitabını təqdim etdi
“Şuşa-270. Şuşanın demoqrafik, sosial-iqtisdi inkişafı: dünən, bu gün və perspektivlər” adlı kitab təqdim edildi.Noyabrın 30-da Şuşa 1 saylı məktəbdə “Azərbaycan İqtisadçılar İttifaqı” İctimai Birliyinin çapdan çıxmış “Şuşa-270. Şuşanın demoqrafik, sosial-iqtisdi inkişafı: dünən, bu gün və perspektivlər” adlı kitabı ictimaiyyətə təqdim edilmişdir.
Kitab Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa ili” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qalibi olan “Azərbaycan İqtisadçılar İttifaqı” İctimai Birliyi tərəfindən “Şuşa rayonunun demoqrafik, sosial-iqtisadi inkişaf vəziyyəti və prespektivləri” adlı layihəsi çərçivəsində hazılanmışdır.
Tədbiri giriş sözü ilə Şuşa rayonu icra başçısının müavini Vüsalə Fətəliyeva açaraq, tədbir iştirakçılarını salamlamışdır. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilmiş və doğma Qarabağımız uğrunda canlarını qurban vermiş şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edilmişdir.
Təqdimat mərasimində Müşahidə Şurasının üzvü İlqar Orucov çıxış edərək “Şuşa-270” layihələrinin vacibliyini vurğulamış, “Böyük qayıdış” Birinci Dövlət Proqramının təsdiq edilməsi ilə əlaqədar QHT-nin qarşıda duran vəzifələrindən danışmışdır.
Layihə və kitab haqqında geniş məlumat verən layihə rəhbəri iqtisadiyyat üzə fəlsəfə doktoru, dosent Aytən Səmədzadə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə Şuşa ili çərçivəsində “Şuşa-270” layihəsi üzrə “Şuşa rayonunun demoqrafik, sosial-iqtisadi inkişaf vəziyyəti və perspektivləri” istiqamətinin Aİİ -yə etimad göstərərəkhəvalə etməsinə görə təşəkkürünü bildirmişdir.
Layihənin eksperti Azərbaycan İqtisadçılar İttifaqının sədri akademik Ziyad Səmədzadə layihə barədə məlumat verərək bildirib ki, “Zəngin və mürəkkəb inkişaf yolu keçmiş Azərbaycanın, eləcə də Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamış Şuşa haqqında tədqiqat aparmaq bizim üçün böyük şərəf və məsuliyyət deməkdir. Bu layihə üzərində çalışarkən çoxsaylı arxiv materiallarına, tarixi mənbələrə müraciət etdik və bir daha şahidi olduq ki, Qarabağ bölgəsinin tarixi, mədəniyyəti, burada elm və təhsilin, iqtisadi inkişaf məsələlərinin araşdırılması bundan sonra da diqqət mərkəzində olmalıdır. Layihədə 18-ci əsrin ikinci yarısından başlayaraq Şuşanın demoqrafik inkişafı, əhalisinin sayı, dinamikası və məşğuliyyəti barədə təklif və tövsiyələr verilmişdir.
Layihənin eksperti iqtisad elmləri doktoru professor Rəsul Balayev Şuşada sənətkarlığın müxtəlif növlərinin, xüsusilə xalçaçılığın inkişafı, onun əhalinin məşğuliyyəti baxımından ən mühüm sənət sahələrindən biri olduğunu göstərmiş, vurğulamışdır ki, kiabda Şuşanın qədim kənd təsərrüfatı ənənələri barədə maraqlı faktlar öz əksini tapmışdır. Araşdırmalar bir daha sübut edir ki, Şuşada ekoloji təmiz məhsul istehsalı üçün böyük potensial var, tarixən bu ərazilərin əlverişli iqlimi, münbit torpağı yetişdirilən məhsulların ekoloji cəhətdən təmiz olmasını şərtləndirir.
Bu tədqiqat işində işğaldan azad olunanŞuşada əhalinin dayanıqlı məskunlaşması, davamlı fəallığın təmin olunması üçün maraqlı fikirlər və təkliflər də yer almışdır.Tədqiqat işində bir daha vurğulanır ki, Şuşanın təbii resurs və sərvətləri turizmin və sahibkarlığın inkişaf imkanlarını da genişləndirir, onlardan səmərəli istifadə etməklə şəhər əhalisinin keyfiyyətli həyat şəraitini təmin etmək mümkündür.
Əminik ki, dövlət başçısının imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulduğu kimi, bu gün Şuşada müasir tələblərə cavab verən sosial və istehsal infrastrukturlarının yaradılması, istehsal və xidmət sahələrinin inkişafı əhalinin öz doğma yurdlarına qayıtmasına müsbət təsir göstərəcək, Böyük Qayıdışı təmin edəcək.
Təqdimat mərasimində Milli Məclisin üzvləri iqtisad elmləri doktoru professor Eldar Quliyev, Arzu Nağıyev, Novruz Aslan, Aydın Hüseynov və tarix elmləri doktoru, professor İradə Hüseynova, millət vəkilləri Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov, professor Cəmilə Namazova, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxış edərək yerinə yetirilmiş layihəni yüksək qiymətləndirmişlər.
Layihə rəhbəri kitab haqqında fikrini tamamlayaraq, demişdir: “Biz inanırıq ki, “Şuşa -270” layihəsi əsasında dərc olunmuş bu gün təqdim olunan kitab Şuşanın tarixən formalaşmış milli-siyasi tərkibinin, sosial-iqtisadi və demoqrafik göstəricilərinin öyrənilməsi, əhalinin məşğulluq problemlərinin araşdırılması baxımından zəngin məlumatlar toplusu olmaqla, ölkəmizin bir çox, eləcə də bu qocaman Şuşa məktəbinin zəngin kitabxanasında çox oxunan və istinad ediləcək dəyərli mənbələrdən biri olacaq”.
Təqdim edilən kitab haqqında rəylərini bildirən millət vəkilləri və alimlər nəşri yüksək qiymətləndirmiş, gələcək nəsillər üçün çox dəyərli tarixi mənbə olacağını vurğulamışlar. Qeyd edilib ki, kitabın rus və ingilis dillərinə tərcüməsi məqsədəuyğun hesab edilir.
Tədbir maraqlı konsert proqramı ilə davam etmişdir. Bədii hissədə Xalq artisti Aygün Səmədzadənin vətənpərvərlik ruhunda yazılmış mahnıları ifa edilmiş, tədbir iştirakçılarını sanki doğma Qarabağımıza apararaq bir daha düşmən üzərində böyük qələbəmizi yaşatmışdır.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
6 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
6 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
6 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
8 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı























