ARDNF neft və qaz sazişləri ilə bağlı 20 milyard manatdan çox gəlir əldə etdiyini açıqladı
ARDNF-nin 2022-ci ilin yanvar-dekabr ayları üzrə gəlir və xərclərinə dair məlumatAzərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2022-ci il dekabrın 31-ə ARDNF-nin aktivləri 2022-ci ilin əvvəlinə (45 milyard 25,1 milyon ABŞ dolları) nisbətən 8.9% və ya 4 milyard 8,5 milyin dollar artaraq 49 milyard 33,6 milyon ABŞ dolları təşkil etmişdir.
Marja.az xəbər verir ki, bu Fondun yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, 2022-ci ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 9 milyard 586,0 milyon ABŞ dolları, büdcə xərcləri isə 4 milyard 699,0 milyon ABŞ dolları təşkil etmişdir.
2022-ci ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 20 milyard 480,4 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 19 milyard 698,9 milyon manat, bonus ödənişləri 768,7 milyon manat, tranzit gəlirləri 7,2 milyon manat, akrhesabı ödənişlər 5,6 milyon manat təşkil etmişdir.
Hesabat dövrü ərzində ARDNF-nin 2022-ci il büdcəsinin icrası çərçivəsində 7 milyard 923,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir.
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 22,2 milyon manat yönəldilmişdir. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 15,2 milyon manat yönəldilmişdir.
2022-ci ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 27.9 milyon manat təşkil etmişdir.
2022 il ərzində ARDNF-nin aktivlərinin bazar dəyərində qısamüddətli qiymət dəyişkənliklərindən yaranan 2 milyard 461.3 milyon ABŞ dolları azalma müşahidə olunmuşdur.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 878,5 milyon ABŞ dolları təşkil etmişdir.
"Bildirək ki, 4-cü rüb ərzində iqtisadi proqnozlarda nikbinliyinin daha da azalması və bunun fonunda tənəzzül gözləntilərinin artması, eləcə də, ABŞ-da inflyasiya göstəricisinin nisbətən aşağı düşməsi mərkəzi bankların növbəti dövrlərdə daha yumşaq monetar siyasətə keçidinə dair ehtimalı artmışdır ki, bu da investorlar tərəfində müsbət siqnal kimi qarşılanmışdır. Belə ki, sonuncu rüb ərzində səhm və istiqraz alətləri bazarlarında ilin digər rüblərinə nisbətən müsbət gəlirlilik müşahidə olunmuşdur.
Eyni zamanda 4-cü rüb ərzində ABŞ-da uçot faiz dərəcələrinin artım tempininin digər rüblərlə müqayisədə nisbətən aşağı olması və növbəti dövrlərdə tempin daha da azalması gözləntiləri, eyni zamanda Avropa Mərkəzi Bankının uçot faiz dərəcələrinin artımının daha uzun müddətdə davam edilməsinə dair planları ötən il ərzində daha çox dəyər qazanan ABŞ dollarının zəifləməsi, avronun və digər əksər valyutaların isə güclənməsi ilə nəticələnmişdir.
2022-ci il ərzində beynəlxalq maliyyə bazalarında yaşananlar ARDNF-nin investisiya portfelində də öz əksini tapmışdır. İlin əvvəlindən baş verən geosiyasi gərginlik və bunun enerji qiymətlərinə təsiri, eləcə də, mərkəzi bankların sərt monetar siyasətlərin davamlı olacağına dair bəyanatları maliyyə bazarında artan inflyasiya dərəcəsi fonunda müşahidə olunan dalğalanmaları daha da artırmışdır. İl ərzində mərkəzi bankların rəsmilərinin monetar siyasət ilə bağlı qarşıdakı dövrlər üzrə planlarına dair bəyanatları, eləcə də, buna təsir edən inflyasiya və əmək bazarına dair iqtisadi göstəricilər maliyyə bazarlarına təsir edən əsas amillər kimi qeydə alınmışdır. Belə ki, ABŞ-da inflyasiya dərəcəsi son aylarda nisbətən düşmə trendini nümayış etdirsə belə, əmək bazarının dayanlıqlı olması və bunun inflyasiya dərəcəsinə adətən müsbət təsir etməsi FED-in sərt monetar siyasətinin 2023-cü ilin əvvəlində də davam etməsinə işarə edir. Avropa və Birləşmiş Krallığa gəldikdə isə, bu regionlarda inflyasiya dərəcəsinə dair gözləntilərin hələ də kifayət qədər yüksək olması, eyni zamanda Birləşmiş Krallıqda əmək bazarında işçi qüvvəsinin çatışmazlığı mərkəzi bankların sərt monetar siyasətinin ABŞ ilə müqayisədə daha yüksək temp ilə davam etməsinə işarə edir.
Yuxarıda qeyd edilən baş vermiş hadisələr səbəbindən il ərzində neft və qaz satışından əldə olunan daxilolmalar artmışdır ki, bu da ARDNF-nin investisiya portfelinin həcmində öz əksini tapmışdır",- Fond bildirib.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
9 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
9 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
10 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
11 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 11 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı

























