“Şıxov”da çimərliklərə giriş neçəyədir? – QİYMƏTLƏR
Paytaxt Bakı dənizə yaxın olması baxımından bəxti gətirən şəhərlərdən sayılır. Çünki heç də bütün şəhərlərdə dəniz kənarında qum olmur. Buna görə də Bakının dəniz sahillərinə nəinki yerli əhali, həmçinin, şəhərimizin qonaqları da böyük maraq göstərirlər.
Müşahidələr göstərir ki, şəhərə daha yaxın olduğu üçün insanlar “Şıxov” adlanan ərazidəki çimərliklərə daha çox üz tuturlar. Bunu nəzərə alaraq adıçəkilən ərazidə yerləşən istirahət mərkəzlərində qiymətlərlə bağlı araşdırma apardıq.
Məlumat üçün bildirək ki, “Şıxov” ərazisində iki baxımsız sahədən başqa bütün yerlər ödənişlidir və bu yerlərdə səliqə-səhman müşahidə olunur.
Mambo Beach Club & Restaurant
Bu məkanda insanlar dənizdə çimməklə yanaşı restoran xidmətlərindən də istifadə edə bilərlər. “Mambo” çimərliyinə giriş 20 manatdır. Bu qiymətə günəş çarpayısı və masalardan istifadə, geyimdəyişmə otağı və duş daxildir. İstirahət mərkəzi axşam 6-ya kimi fəaliyyət göstərir.
“Dostluq” İstirahət Mərkəzi
Mərkəzdə isə çimərliyə giriş 5 manatdır. Bu qiymətə günəş çarpayısı, geyimdəyişmə otağı və duş daxildir. Masa üçün əlavə 5 manat ödəniş tələb olunur.Bundan başqa, müştərilərə hovuz da təqdim olunur. Hovuzdan istifadə isə 10 manatdır. İstirahət mərkəzində müştərilərə axşam 8-ə kimi xidmət olunur.
The Crescent Beach Hotel & Leisure Resort
Hotelin xidmətindən istifadə etmədən də çimərlik ərazisinə daxil olmaq olar. Bu zaman adambaşına 5 manat ödəmək lazım gələcək. Bu qiymətə günəş çarpayısı, duş və geyimdəyişmə otağından istifadə daxildir. Masalardan istifadə üçün isə əlavə 5 manat ödəmək lazım olacaq.
1001 Gecə
“1001 Gecə” çimərliyinə giriş adambaşına 3 manatdır. “Şıxov”da yerləşən digər istirahət mərkəzlərindən fərqli olaraq burada müştərilərə gecə saat 12-dək xidmət göstərilir. Çimərlik ərazisində 12-dən sonrada qalmaq olar. Sadacə heç nə almaq olmur. Çünki 12-dən sonra artıq kassalar bağlanır.
İstirahət mərkəzində günəş çarpayılarından istifadə etmək istəyən əlavə 2 manat ödəməli olacaq. Masalardan istifadə isə 10 manatdır. Geyimdəyişdə və duşdan istifadə isə giriş puluna daxildir.
Aqua Park Şıxov
Çimərlik ərazisinə giriş 15 manatdır. Bu qiymətə aqua parkdan istifadə də daxildir. İstirahət mərkəzində avtomobil park edə bilmək üçün əlavə 3 manat da ödəmək lazımdır. Axşam 8-də isə kassalar bağlanır.
“Eldorado” İstirahət Mərkəzi
Eldorado istirahət mərkəzinə giriş 2 manatdır. Avtomobil park etmək üçün xüsusi bir məbləğ yoxdur. Kim nə qədər istəsə, verə bilər. Masalardan istifadə etmək istəyən müştəri isə mütləq nəsə sifariş etməlidir. Burada mürəbbəli çay 6 manatdır.
Qeyd edək ki, adları sadalanan çimərlik mərkəzlərində kababların 1 şişi 6-8 manat, pivələr 3-4 manat, energetik içkilər isə 2-3 manat arasında dəyişir.
Qeyd edək ki, “Şıxov” ərazisindəki çimərliklərin yaxınlığında hotellər də fəaliyyət göstərir. Siz həmin hotellərin ərazisindəki çimərlikdən də istifadə edə bilərsiz. Hətta bu hotellərin birində toy da etmək olar.
“Aysberq” hoteldə qalmadan çimərlikdən istifadə 10 manatdır. Bu qiymətə çimərliyə giriş, günəş çarpayısı, masalar, duş və geyimdəyişmə otaqlarından istifadə daxildir.Lakin çimərlikdən doymayanlar istirahət mərkəzinin mehmanxanasında da qonaqlaya bilərlər. Bu zaman standart otaqlar üçün 130 manat ödəmək lazım gələcək. Həmçinin, hotelin ərazisində həm açıq məkanda, həm də qapalı yerdə işləyən restoranlarda toy mərasimi təşkil edilir. Bu zaman isə masaların qiyməti 50 manatdan başlayır.
Ramada Hotel
Hoteldə dəniz mənzərəli nömrələrdə qonaqlamaq 200-250 manatdır. Bu qiymətə səhər yeməyi hovuzlardan fitness zaldan və çimərlikdən istifadə daxildir. Həmçinin, mehmanxanada qalmadan da hotelin fitness zalından istifadə etmək olar. Bu zaman həftəiçi bir giriş 20 manat, həftəsonu isə 30 manat ödəmək lazım olacaq. Bu qiymətə idman zalından, saunadan, hovuzdan və çimərlikdən istifadə daxildir.
Cimərlik geyimləri neçəyədir?
Bu arada istirahətə gələrkən çimərlik geyimlərini unudanlar və ya təsadüfən çimərliyə gələnlər heç də narahat olmasınlar. İstirahət mərkəzinin yaxınlığında həm qadınlar, həm də kişilər üçün çimərlik geyimləri satılır. Belə ki, kişi şortlarının qiyməti 5-10 manat arasında dəyişir. Qadın geyimlərinin qiyməti isə 15-25 manatdır. Uşaqlar üçün xilasedici hava şarları 3 manat, böyüklər üçün isə 5 manatdır. Topların qiyməti isə 1 manatdır.
© Fins.az
Müştərilərin xəbərləri
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 d. əvvəl
Sənət, şəhər və yaşayışın gələcəyi - Bahar Residence-də fərqli bir gün
-
- 26 d. əvvəl
-
31 d. əvvəl
Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib
-
33 d. əvvəl
“AzInTelecom” uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib
-
1 saat əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
1 saat əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
“AzInTelecom” uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
















.jpg)






