Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

AZAL sərnişinləri təyyarədə bank kartı ilə ödəniş edə biləcəklər

Ekonomdan biznes sinfinə keçidin ödənişi göyərtədə ediləcək
iç səhifə xəbər başlığı altı (mobil)_31
AZAL sərnişinləri təyyarədə bank kartı ilə ödəniş edə biləcəklər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Hava Yolları və müştərilərin həyat tərzi tərəfdaşı ABB sərnişin təcrübəsinin təkmilləşdirilməsi istiqamətində yeni bir həlli istifadəyə verib. Artıq Azərbaycan Hava Yollarına məxsus təyyarələrin göyərtələrində ABB POS terminalları vasitəsilə əlavə xidmətlərə görə ödəniş etmək mümkündür.

Reklam_3_11

AZAL-ın yaydığı məlumatda bildirilir ki, bu həll sayəsində sərnişinlər uçuş zamanı təqdim olunan əlavə xidmətlərin ödənişini bank kartı ilə ABB POS terminallarında sürətli və təhlükəsiz şəkildə həyata keçirəcəklər.

Yeni xidmət çərçivəsində sərnişinlər mövcudluqdan asılı olaraq, uçuş zamanı ekonom sinifdə daha rahat oturacaq seçimi, həmçinin biznes və ya premium ekonom xidmət sinfinə keçid üçün ödənişi birbaşa təyyarənin göyərtəsində edə bilərlər. Beləliklə, əlavə xidmətlərdən yararlanmaq və onların ödənişi prosesi çevik və əlçatan olur.

Yeni həll Azərbaycan Hava Yollarının sərnişin təcrübəsinin davamlı təkmilləşdirilməsi və rəqəmsal transformasiyanın inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin növbəti mərhələsidir. Aviaşirkət səyahətin müxtəlif mərhələlərində rəqəmsal həllərin tətbiqini genişləndirərək sərnişinlər üçün xidmətlərin əlçatanlığını artırmağa və geniş seçim imkanları yaratmağa davam edir.

ABB üçün isə təyyarə göyərtəsində POS terminalla ödəniş imkanının yaradılması həyat tərzi tərəfdaşı olaraq müştərilərə təqdim edilən daha bir yeni imkandır. Bank ümumi yanaşma çərçivəsində müştərilərin müxtəlif ehtiyaclarını vahid ekosistem daxilində qarşılayan rəqəmsal və maliyyə həllərini inkişaf etdirir.

Azərbaycan Hava Yolları və ABB arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən yeni həll sərnişinlərə əlavə xidmətlərdən uçuş zamanı rahat yararlanmaq və ödənişləri birbaşa göyərtədə həyata keçirmək imkanı yaratmaqla müştəri təcrübəsinin daha da təkmilləşdirilməsinə xidmət göstərir.

20.08.2026 12:12
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19