City Park Mall-da böyük açılış – Mobil və elektron avadanlıqların satışı şəbəkəsinin ən böyük mağazası istifadəyə verilir
MyShops yeni mağaza açır – 80%-dək endirim və smartfon lotereyası olacaq. Açılış günündə iPhone 17 Pro və Samsung Galaxy S26 daxil olmaqla beş hədiyyə sahibini tapacaqMyShops mağazalar şəbəkəsi Bakıda ən böyük yeni filialını istifadəyə verməyə hazırlaşır.
Marja.az Şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, yeni mağaza avqustun 21-də, Bakı Ağ Şəhərdə yerləşən City Park Mall-da fəaliyyətə başlayacaq.
Açılış münasibətilə mağazada məhsullara 80%-dək endirimlərin tətbiq ediləcəyi, hədiyyəli məhsulların, əyləncəli yarışların və müxtəlif sürprizlərin təqdim olunacağı bildirilir.
Açılış gününün əsas kampaniyalarından biri lotereya olacaq. Mağazaya yaxınlaşaraq adını lotereyada qeydiyyatdan keçirən ziyarətçilər beş hədiyyədən birini qazanmaq imkanı əldə edəcəklər.
Lotereyada aşağıdakı hədiyyələr təqdim olunacaq:
iPhone 17 Pro 256 GB;
Samsung Galaxy S26 256 GB;
Nothing Phone (3a) 128 GB;
Honor Choice Clip2 Pro qulaqlıq;
Honor Choice X7 qulaqlıq.
Şirkətin məlumatına əsasən, lotereyanın qalibləri açılış gününün sonunda müəyyənləşdiriləcək.
MyShops yeni mağazanın açılışını yalnız satış kampaniyası deyil, həm də ziyarətçilər üçün alış-veriş və əyləncə tədbiri formatında təşkil edəcəyini açıqlayıb.
Qeyd edək ki, "MyShops" geniş çeşidli mobil telefonlar, noutbuklar, məişət texnikası və digər elektronika məhsulların; sərfəli qiymət və rəsmi zəmanətlə təklif edir. Hazırda "Gənclik Mall"da, "Podium Mall"davə Bülbül prospekti 38a ünvanında MyShops mağazası fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























