Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Paytaxtın restoran bazarına yeni iddialı brend gəlir

Bakıda milli ruhu müasir dəbdəbə ilə birləşdirən yeni restoran açılır
iç səhifə xəbər başlığı altı (mobil)_31
Paytaxtın restoran bazarına yeni iddialı brend gəlir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakının restoran bazarına yeni brend daxil olur. Milli memarlıq elementlərini müasir dizayn və xidmət konsepsiyası ilə birləşdirən “Sheer One” restoranı yaxın vaxtlarda fəaliyyətə başlayacaq.

Marja.az xəbər verir ki, bu barədə restoranın sosial şəbəkə hesabında məlumat verilib.

“Sheer One” milli irsin elementlərinin müasir estetika ilə təqdim olunacağı məkan kimi mövqeləndirilir. Paylaşılan təqdimat materiallarında restoranın memarlığında daş üzlüklərdən, tağlardan, milli ornamentlərdən və Aralıq dənizi üslubunu xatırladan landşaft həllərindən istifadə olunduğu görünür.

Restoranda geniş açıq terras, müxtəlif formatlı qapalı zallar və ailəvi görüşlər üçün xüsusi kabinetlərin yaradılması nəzərdə tutulur. Fərdi kabinetlərin qonaqlara daha rahat və məxfi şəraitdə vaxt keçirmək imkanı verəcəyi bildirilir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Yeni məkanın əsas üstünlüklərindən biri uşaqlı ailələr üçün nəzərdə tutulan ayrıca əyləncə zonası olacaq. Burada yelləncəklər, sürüşkənlər və digər oyun qurğuları ilə təchiz edilmiş müasir meydança yaradılıb. Restoran bildirir ki, konsepsiya böyüklərin rahat istirahət etməsi, uşaqların isə təhlükəsiz mühitdə əylənməsi prinsipi üzərində qurulub.

“Sheer One” geniş terras, zəngin interyer, xüsusi kabinetlər və uşaq meydançasını vahid məkanda birləşdirərək həm ailəvi istirahət, həm də müxtəlif tədbirlər üçün yeni seçim olmağı hədəfləyir.

Restoran Bakı, Badamdar, M.Müşfiq 2C ünvanında yerləşir.

İş elanları AzVak.az-da

19.08.2026 12:21
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19