970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Əraqçi Trampın "iqtisadi müharibəsi"nin ABŞ-a daha çox məğlubiyyət gətirəcəyini bildirib

AzVak-mobil_resmin_ustu_31
Əraqçi Trampın "iqtisadi müharibəsi"nin ABŞ-a daha çox məğlubiyyət gətirəcəyini bildirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın Tehrana qarşı misli görünməmiş miqyasda iqtisadi müharibə elan etməsinə reaksiya verib.

Əraqçi bu barədə “X” hesabında yazıb.

Reklam_3_11

O, ABŞ-ın dövlət borcunun 40 trilyon dollara çatmasına işarə edərək, Trampın elan etdiyi iqtisadi müharibənin diqqəti Vaşinqtonun düşdüyü maliyyə böhranından yayındırmaq cəhdi olduğunu bildirib.

“Dırnaq arası İqtisadi D-Günü əməliyyatı ABŞ-ın öz böhranından - misli görünməmiş borcdan və yüksələn faiz xərclərindən diqqəti yayındırmaq cəhdidir. Nəticə verməmiş siyasəti yenidən həyata keçirmək daha çox məğlubiyyətə və İran xalqının nifrətinə səbəb olacaq. ABŞ-ın iqtisadi terrorizmi qlobal iqtisadiyyatı və suverenliyi təhdid edir”, - Əraqçi vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti İrana qarşı “indiyə qədər ən güclü” iqtisadi müharibə elan edib.

Tramp İrana qarşı misli görünməmiş "iqtisadi müharibə" elan edib

ABŞ Prezidenti Donald Tramp İrana qarşı “indiyə qədər heç bir ölkə əleyhinə tətbiq olunmayan, misli görülməmiş” miqyasda iqtisadi müharibə və təcridetmə elan edib.

O, bu barədə “Truth Social” hesabında bildirib.

Tramp İrana razılaşma əldə etmək üçün böyük fürsətlər verdiyini, lakin İranın həmin fürsətlərdən istifadə etmədiyini deyib.

ABŞ Prezidenti İrana qarşı indiyə qədər ən məhvedici iqtisadi əməliyyat başlatdığını bəyan edib.

“Onların donanması yoxdur, Hərbi Hava Qüvvələri məhv edilib, hərbi zavodları xarabalığa çevrilib, milli valyutaları isə ipdən asılmış vəziyyətdədir”, - Tramp iddia edib.

O, həmçinin, İrana nəfəslik vermək üçün öz maliyyə qurumlarından, hava limanları və biznes şəbəkələrindən, eləcə də hökumət qurumlarından istifadə edən istənilən ölkənin “inanılmaz iqtisadi nəticələrlə” üzləşəcəyi ilə bağlı xəbərdarlıq edib.

Tramp bu əməliyyatı “İqtisadi D-Günü” adlandırıb.

“Bu tarixi tədbirlər onları və onların dünyada terror yaymaq potensialını şikəst edəcək. İran heç vaxt nüvə silahına sahib olmayacaq”, - Tramp qeyd edib.

20.08.2026 10:51
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19