970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan Özbəkistanla milyardlıq iqtisadi əməkdaşlığa doğru gedir

Azərbaycan-Özbəkistan ticarəti 3 dəfədən çox artaraq 795 milyon dollara çatıb.
AzVak-mobil_resmin_ustu_31
Azərbaycan Özbəkistanla milyardlıq iqtisadi əməkdaşlığa doğru gedir

Azərbaycan ilə Özbəkistan arasında iqtisadi əlaqələr sürətlə genişlənir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 3 dəfədən çox artaraq 795 milyon ABŞ dollarına çatıb.

Marja xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə – UzA-ya müsahibəsində bildirib.

Reklam_3_11

Dövlət başçısının sözlərinə görə, artım 2026-cı ildə də davam edir. Cari ilin yanvar-may aylarında Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 33% artaraq 144 milyon dollar təşkil edib.

İlham Əliyev qeyd edib ki, iqtisadi-ticari əlaqələrlə yanaşı, iki ölkə arasında investisiya əməkdaşlığı da genişlənir.

500 milyon dollarlıq birgə investisiya platforması

Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti üç il əvvəl 500 milyon ABŞ dolları həcmində ümumi kapitalla yaradılıb.

Şirkət Azərbaycan və Özbəkistanda iqtisadiyyatın müxtəlif sektorlarında perspektivli layihələrin maliyyələşdirilməsi və həyata keçirilməsi üçün əsas investisiya platformalarından birinə çevrilib.

İqtisadi, ticarət və investisiya əlaqələrinin koordinasiyasında Hökumətlərarası Komissiya da mühüm rol oynayır. İndiyədək komissiyanın 15 iclası keçirilib.

Son iclas Daşkənddə baş tutub və tərəflər mövcud iqtisadi əlaqələri, əldə edilmiş nəticələri və əməkdaşlığın gələcək istiqamətlərini müzakirə ediblər.

SOCAR Özbəkistanda əməkdaşlığı genişləndirir

İki ölkənin enerji sektorundakı əməkdaşlığı da yeni layihələrlə genişlənir.

Özbəkistanın OZLITINEFTGAZ institutu və “SOCAR NIPI Nefteqaz”ın bazasında yaradılmış “Neftegaztexnologiya” birgə müəssisəsi 2016-cı ildən neft-qaz sektorunda fəaliyyət göstərir.

2024-cü ildə isə SOCAR və “Özbəknefteqaz” arasında “Turan Energy AFEZCO” birgə müəssisəsi yaradılıb.

Bu şirkət “Azərikimya” İstehsalat Birliyinin istehsal etdiyi yüksəktəzyiqli polietilenin Özbəkistana ixracını həyata keçirir.

Azərbaycan, Qazaxıstan və Özbəkistan yaşıl enerji dəhlizi yaradır

Əməkdaşlığın strateji istiqamətlərindən biri də yaşıl enerjidir.

İş elanları AzVak.az-da

2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq enerji qurumları tərəfindən Bakıda “Yaşıl Dəhliz Birliyi” MMC yaradılıb.

Birgə müəssisənin əsas məqsədi Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizi layihəsinin reallaşdırılması, bərpaolunan enerjinin ixracı və elektrik enerjisinin Xəzər dənizinin dibi ilə ötürülməsi imkanlarının əlaqələndirilməsidir.

Tranzit daşımaları 1,4 milyon tona çatıb

Azərbaycan və Özbəkistan arasında yükdaşımalarında da artım qeydə alınır.

2025-ci ildə iki ölkə arasında tranzit daşımalarının həcmi 6,7% artaraq 1,4 milyon tona çatıb.

2026-cı ilin yanvar-iyun aylarında isə tranzit yükdaşımaları daha 12,2% artaraq 675 min ton təşkil edib.

Bu dinamika Azərbaycanın Mərkəzi Asiya ölkələrinin Avropa və digər bazarlara çıxışında tranzit ölkə kimi rolunun artdığını göstərən mühüm göstəricilərdən biridir.

Azərbaycanda 10 720 “Chevrolet” istehsal olunub

Azərbaycan və Özbəkistan sənaye istehsalında da birgə layihələri genişləndirirlər.

Prezident İlham Əliyevin açıqladığı məlumata görə, 13 iyul 2026-cı il tarixinədək Azərbaycanda ümumilikdə 10 720 ədəd “Chevrolet” markalı avtomobil və 275 ədəd “Isuzu” avtobusu istehsal edilib.

İki ölkənin digər birgə layihələrindən biri işğaldan azad edilmiş Füzuli rayonunda həyata keçirilir. Burada “Dostluq bağı” adlanan 100 hektarlıq nar bağı salınır.

Azərbaycanda Özbəkistan kapitallı 130-dan çox şirkət fəaliyyət göstərir

Hazırda Azərbaycanda Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib.

Bu şirkətlər sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət daxil olmaqla müxtəlif sahələrdə fəaliyyət göstərirlər.

Prezident İlham Əliyev Özbəkistan şirkətlərinin Azərbaycandakı fəaliyyətinin iki ölkə arasında qarşılıqlı etimadın, əlverişli investisiya mühitinin və iqtisadi tərəfdaşlığın göstəricisi olduğunu bildirib.

Azərbaycan tərəfi həm Azərbaycan şirkətlərinin Özbəkistanda, həm də Özbəkistan şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsini, birgə istehsal və investisiya layihələrinin sayının artırılmasını dəstəkləyir.

PAŞA Holding Daşkənddə “The Ritz-Carlton” layihəsini həyata keçirir

Azərbaycan kapitalının Özbəkistandakı iri layihələri də genişlənir.

Belə layihələr sırasında PAŞA Holding tərəfindən “The Ritz-Carlton” brendi altında Daşkənddə inşa edilən hotel və yaşayış kompleksi xüsusi yer tutur.

Digər iri layihə isə Daşkənd vilayətində həyata keçirilən “Sea Breeze Uzbekistan” turizm və yaşayış kompleksidir.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Özbəkistanın iqtisadi imkanları bir-birini tamamlayır və yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş imkanlar açır.

Dövlət başçısı qarşılıqlı faydaya əsaslanan iqtisadi tərəfdaşlığın bundan sonra da inkişaf edəcəyinə, yeni təşəbbüslərlə zənginləşəcəyinə və Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətlərinin əsas sütunlarından biri olacağına əminliyini ifadə edib.

İş elanları AzVak.az-da

Azərbaycan Özbəkistan Azərbaycan-Özbəkistan münasibətləri İlham Əliyev UzA Azərbaycan Özbəkistan ticarəti ticarət dövriyyəsi 795 milyon dollar 144 milyon dollar 33 faiz artım Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti 500 milyon dollar investisiya əməkdaşlığı Özbəkistan investisiyaları SOCAR Özbəknefteqaz Turan Energy AFEZCO Azərikimya polietilen ixracı OZLITINEFTGAZ Neftegaztexnologiya yaşıl enerji Yaşıl Dəhliz Birliyi Azərbaycan Mərkəzi Asiya yaşıl enerji dəhlizi Xəzər dənizi elektrik enerjisi ixracı tranzit daşımaları Orta Dəhliz 1 4 milyon ton 675 min ton Chevrolet Chevrolet istehsalı Isuzu Isuzu avtobusları avtomobil istehsalı Füzuli Dostluq bağı nar bağı Özbəkistan şirkətləri 130 şirkət PAŞA Holding The Ritz-Carlton Daşkənd Sea Breeze Uzbekistan Azərbaycan investisiyaları Daşkənd qeyri-neft sektoru Azərbaycan ixracı Özbəkistan iqtisadiyyatı
21.08.2026 13:45
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19