Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Xarici investisiya platformalarına pul yatıranlara Mərkəzi Bankdan xəbərdarlıq

Pulunuzu xarici platformaya yatırmazdan əvvəl iki dəfə düşünün – Mərkəzi Bank xəbərdarlıq etdi. Mərkəzi Bank: Xarici lisenziya Azərbaycanda fəaliyyət hüququ vermir. Lisenziyanı yoxlamadan pul yatırmayın. Sosial mediada reklam olunan investisiya platformalarına güvənməyin
AzVak-mobil_resmin_ustu_31
Xarici investisiya platformalarına pul yatıranlara Mərkəzi Bankdan xəbərdarlıq

Azərbaycan Respublikasında lisenziyalaşdırılmış investisiya şirkətlərinin xidmətlərindən istifadə ilə bağlı MƏLUMATLANDIRMA

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan monitorinqlər zamanı bəzi xarici investisiya platformalarının Azərbaycan Respublikasında müxtəlif vasitələrlə təşviq edildiyi və ölkə rezidentlərinin bu platformalara cəlb olunduğu müəyyən edilmişdir. Sözügedən platformaların xidmətləri internet resursları, sosial media, təlim proqramları, seminarlar və digər marketinq vasitələri ilə təqdim və təşviq olunur.

Mərkəzi Bank bildirir ki, xarici ölkələrin tənzimləyici qurumları tərəfindən verilmiş lisenziyanın mövcudluğu həmin platformaya Azərbaycan Respublikasının ərazisində investisiya xidmətləri göstərmək və ya bu xidmətləri təşviq etmək hüququ vermir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ölkə ərazisində investisiya xidmətlərinin göstərilməsi yalnız Mərkəzi Bank tərəfindən verilmiş müvafiq lisenziya əsasında mümkündür. İstənilən investisiya xidmətindən istifadə etməzdən əvvəl xidmət təminatçısının Azərbaycan Respublikasında fəaliyyət göstərmək üçün müvafiq lisenziyasının olub-olmadığını yoxlamaq vacibdir.

İnvestor hüquqlarının qanunvericiliklə nəzərdə tutulmuş qaydada qorunması məqsədilə Mərkəzi Bank vətəndaşlara investisiyalarını yalnız Mərkəzi Bank tərəfindən verilmiş investisiya şirkəti lisenziyasına malik olan şəxslərə etibar etməyi tövsiyə edir. Mərkəzi Bank tərəfindən lisenziyalaşdırılmış investisiya şirkətlərinin siyahısı Mərkəzi Bankın rəsmi internet səhifəsində (https://www.cbar.az/page-200/investment-companies) yerləşdirilib.

Azərbaycan Mərkəzi Bankı Mərkəzi Bank investisiya şirkətləri investisiya platformaları xarici investisiya platformaları lisenziyalı investisiya şirkətləri investisiya lisenziyası broker xarici broker investisiya xidmətləri investor investor hüquqları investisiya riskləri maliyyə bazarı kapital bazarı investisiya şirkəti lisenziyası Mərkəzi Bank lisenziyası lisenziyasız investisiya fəaliyyəti xarici platformalar onlayn investisiya platformaları sosial media reklamları investisiya reklamları investisiya seminarları investisiya təlimləri maliyyə təhlükəsizliyi investorların müdafiəsi maliyyə fırıldaqları broker lisenziyası investisiya şirkətlərinin siyahısı cbar.az Azərbaycan investisiya bazarı qiymətli kağızlar bazarı investisiya xidməti investisiya fəaliyyəti maliyyə monitorinqi rezident investorlar onlayn brokerlər investisiya təhlükəsizliyi
21.08.2026 12:00
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19