970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərbaycanda daha 8 dağ marşrutu açılacaq

Haykinq turistləri üçün yeni istiqamətlər açılır. Mövcud 40 turizm marşrutu yoxlamadan keçiriləcək. Dağlarda turistlər üçün baza düşərgələri yaradılacaq. Azərbaycanın dağ yolları rəqəmsal xəritələrə salınacaq
AzVak-mobil_resmin_ustu_31
Azərbaycanda daha 8 dağ marşrutu açılacaq

Azərbaycanda 40 dağ marşrutu yoxlanılacaq, daha 8-i yaradılacaq

Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.

Marja xəbər verir ki, Azərbaycanda haykinq və trekinq turizminin inkişafı məqsədilə mövcud dağ-piyada marşrutlarının təhlükəsizlik və infrastruktur vəziyyəti qiymətləndiriləcək.

Dövlət Proqramına əsasən, hazırda mövcud olan 40 dağ-piyada marşrutunun monitorinqi aparılacaq. Marşrutların işarələnməsi, keçid imkanları, təhlükəsizliyi və turistlər üçün əlçatanlığı təhlil ediləcək.

Bununla yanaşı, turizm potensialına malik yeni istiqamətlər müəyyənləşdiriləcək və əlavə 8 dağ-piyada marşrutu yaradılacaq.

Yeni marşrutlarda nişanlama işləri aparılacaq, istiqamətlər rəqəmsal xəritələrə daxil ediləcək və turistlər üçün zəruri məlumatlar hazırlanacaq.

Seçilmiş marşrutlar üzrə baza düşərgələrinin – “base camp”ların və yüngül turizm infrastrukturunun yaradılması da nəzərdə tutulur.

Bu tədbirlərin Azərbaycanın dağlıq regionlarına turist axınını artıracağı, səfərlərin təhlükəsizliyini yüksəldəcəyi və yerli bələdçilik xidmətlərinə yeni gəlir imkanları yaradacağı gözlənilir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

dağ-piyada marşrutları 8 yeni dağ marşrutu 40 turizm marşrutu haykinq trekinq baza düşərgəsi dağ turizmi rəqəmsal xəritə turist təhlükəsizliyi
21.08.2026 12:58
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19