“CFI” növbəti inkişaf mərhələsinə keçərkən Direktorlar Şurasına yeni sədr təyin edib
Onlayn ticarət xidmətləri üzrə qlobal liderlərdən biri olan “CFI Financial Group” bu gün Federiko Çirullini Direktorlar Şurasının sədri vəzifəsinə təyin edildiyini elan edib.
Qrupun yaydığı məlumatda bildirilir ki, bu, şirkətin daha institusional və miqyaslana bilən bir təşkilata çevrilməsi yolunda mühüm addımdır. Qərar qrupun rekord ticarət göstəriciləri əldə etdiyi və beynəlxalq miqyasda davamlı olaraq genişləndiyi bir dövrə təsadüf edir.
"Bu təyinat fəaliyyət dairəsi və hədəfləri böyüdükcə CFI-ın rəhbərlik və idarəetmə strukturunun davamlı inkişafını əks etdirir. Bu addım Ziad Melhəmin 2025-ci ilin iyun ayında Baş İcraçı Direktor təyin edilməsi və həmin ilin noyabrında müstəqil üzvlərin cəlb olunması ilə Direktorlar Şurasının gücləndirilməsi prosesinin davamıdır. Dəyişikliklər çərçivəsində həmtəsisçilər Hişam Mansur və Eduardo Faxuri hazırkı sədr və sədr müavini vəzifələrindən ayrılaraq “CFI Financial Group”da Qeyri-icraçı Direktorlar kimi fəaliyyət göstərəcəklər. Hər iki şəxs şirkətin gələcək uğurlarına sadiq qalaraq Direktorlar Şurasındakı yerlərini qoruyur; CFI-ın icraçı rəhbərliyi və strategiyası isə dəyişməz qalır",- məlumatda bildirilir.
Federiko Çirulli tənzimlənən maliyyə xidmətləri, o cümlədən broker və aktivlərin idarə edilməsi sektorunda Baş İcraçı Direktor və digər rəhbər vəzifələrdə 20 ildən artıq təcrübəyə malikdir. Onun fəaliyyət təcrübəsi biznesin idarə edilməsi, korporativ idarəetmə, beynəlxalq inkişaf və maliyyə qurumlarının miqyasının böyüdülməsini əhatə edir. O, Direktorlar Şurasına rəhbərlik edəcək və davamlı böyüməyə, əməliyyat mükəmməlliyinə, həmçinin beynəlxalq genişlənməyə fokuslanaraq şirkətin növbəti inkişaf mərhələsini dəstəkləmək üçün rəhbər komanda ilə sıx əməkdaşlıq edəcək.
Təyinatla bağlı “CFI Financial Group”un həmtəsisçisi Hişam Mansur bildirib: “Biz CFI-ı qurduğumuz ilk gündən onun sadəcə təsisçilərlə məhdudlaşmayan və uzunmüddətli inkişaf edən bir şirkət olmasını hədəflədik. Federikonun təyinatı bu yolda çox mühüm addımdır. Onu uzun illərdir tanıyıram və birlikdə işləmişik. Əminliklə bildirirəm ki, o, bu sahədə böyük təcrübəyə malik peşəkardır və biznesin gələcəyə necə hazırlanması ilə bağlı ortaq dəyərləri bölüşürük. Biz CFI-ın uğuru üçün çalışmağa davam edirik və şirkətin yeni mərhələyə keçdiyi bu dövrdə Federikoya, eləcə də bütün komandaya inamımız tamdır.”
“CFI Financial Group”un Baş İcraçı Direktoru Ziad Melhəm əlavə edib: “Daxil olduğumuz hər yeni bazar bizə yeni lisenziya, tənzimləyici orqan və bizimlə uzunmüddətli əməkdaşlıq edən müştərilər qazandırır. Böyümək və genişlənmək yalnız yeni imkanlar deyil, həm də məsuliyyət gətirir. Məhz bu səbəbdən korporativ idarəetmə ən azı böyümək qədər önəmlidir. Federiko Çirullini sədr olaraq görməkdən və onun şirkətimizə qazandıracağı yüksək standartlardan məmnunluq duyuram.”
“CFI Financial Group”un yeni sədri Federiko Çirulli isə fikirlərini belə ifadə edib: “CFI 25 ildən artıq bir müddət ərzində sahibkarlıq əzmini korporativ standartlarla birləşdirərək çox güclü təməllər qurub. Bu nəticə Hişam Mansur və Eduardo Faxurinin uzaqgörənliyini, həmçinin onların formalaşdırdığı komandanın gücünü göstərir. Şirkətin inkişafındakı belə vacib bir mərhələdə sədr vəzifəsini icra etmək mənim üçün şərəfdir. Sədr kimi əsas hədəfim bu təməlləri daha da gücləndirmək, doğru strateji prioritetlərə fokuslanmaq və CFI-ın nizam-intizamla, güclü idarəetmə və yüksək standartlarla böyüməsinə dəstək olmaq üçün Direktorlar Şurası, Ziad və bütün rəhbər heyətlə yaxından işləmək olacaq.”
Bu təyinat texnologiyaya, yeni məhsullara və beynəlxalq bazarlara yatırılan davamlı investisiyalarla yanaşı, son iki ildə CFI-ın rəhbərlik və idarəetməsinin planlı şəkildə gücləndirilməsinə əsaslanır. Təcrübəli komandası müstəqil Direktorlar Şurası və yeni müstəqil sədri ilə birlikdə CFI qlobal ticarət və investisiya qrupu olaraq böyüməsini davam etdirmək əzmi ilə növbəti mərhələsinə keçid edir.
CFI haqqında:
1998-ci ildə təsis edilmiş "CFI Financial Group" onlayn ticarət və investisiya sahəsində dünyaca tanınan lider şirkətdir. Tənzimlənən onlayn broker olaraq 25 ildən artıq təcrübəsi, qabaqcıl texnologiyası və yüksək səviyyəli xidməti sayəsində CFI rəqabətədavamlı şərtlərlə qlobal və yerli bazarlara fasiləsiz çıxış imkanı yaradır. Bu xidmətlər London, Əbu-Dabi, Dubay, Keyptaun, Bakı, Beyrut, Əmman, Qahirə və Boqota kimi əsas maliyyə mərkəzlərindən səhmlər, valyutalar, əmtəələr və digər alətləri əhatə edir.
CFI uzunmüddətli müştəri münasibətləri qurmağa və treyderlərə fəaliyyətlərinin hər addımında dəstək olmağa böyük önəm verir. Şirkətin Qlobal Brend Səfirləri – Formula 1 üzrə yeddiqat Dünya Çempionu Ser Lyuis Hemilton və tennis əfsanəsi Mariya Şarapova başda olmaqla, Əbu-Dabi Mədəniyyət və Turizm Departamenti, "MI Cape Town", Livan Basketbol Federasiyası və İordaniya Futbol Assosiasiyası kimi aparıcı idman və mədəniyyət qurumları ilə tərəfdaşlıqlar şirkətin innovasiyaya və uğura olan bağlılığını əks etdirir, həmçinin qlobal miqyasda mədəniyyət və icma layihələrinə dəstəyini nümayiş etdirir.
CFI Azərbaycan 2024-cü ilin noyabrından etibarən Mərkəzi Bankın lisenziyası əsasında fəaliyyət göstərir və qrupun beynəlxalq investisiya təcrübəsini yerli kapital bazarına gətirir. Şirkətin əsas məqsədi ölkədə maliyyə savadlılığını inkişaf etdirmək və qlobal bazarlara çıxışı hər kəs üçün asanlaşdırmaqdır.
Müştərilərin xəbərləri
Dövlət şirkətinin mənfəətində böyük sıçrayış – 6 ayda 38 dəfəyə yaxın artaraq 23 milyon manatı keçib
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 gün sonra
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
-
1 saat sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
-
41 d. əvvəl
“CFI” növbəti inkişaf mərhələsinə keçərkən Direktorlar Şurasına yeni sədr təyin edib
-
58 d. əvvəl
Neftçilərə özəl kredit – Faiz 12,5%-dən başlayır, komissiya yoxdur®
- 1 saat əvvəl
-
1 saat əvvəl
100 milyon dollarlıq platforma Azərbaycan dilində də fəaliyyətə başladı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qaçaqmalçılıqda ittiham olunan şəxs Ukraynadan Azərbaycana gətirilir
-
2 saat əvvəl
Kütləvi ixtisar investorlara xoş gəldi – Volkswagen-in səhmləri "uçdu"
-
3 saat əvvəl
Bakıda Bal yarmarkası keçiriləcək – Qeydiyyat 7 sentyabrda başlayır
-
3 saat əvvəl
Azərbaycan şirkəti Çinin aparıcı idxalçısı ilə anlaşıb - BAKIDA MÜQAVİLƏ İMZALANIB
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
Prezidentdən yeni diplomatik təyinatlar
Azərbaycanda BOKT 1 milyon manatlıq səhm emissiyasına gedir
Qaçaqmalçılıqda ittiham olunan şəxs Ukraynadan Azərbaycana gətirilir
Ən çox oxunanlar
Bakıda Bal yarmarkası keçiriləcək – Qeydiyyat 7 sentyabrda başlayır
535 güzəştli mənzil bir anda seçildi – MİDA-dan açıqlama
Sentyabrın 5-də gözlənilən hava şəraiti
Dövlət şirkətinin mənfəətində böyük sıçrayış – 6 ayda 38 dəfəyə yaxın artaraq 23 milyon manatı keçib























