Yeni Pajero təqdim edildi — Əfsanəvi SUV 20 ildən sonra tamamilə yeni nəsillə geri qayıdır
Bu, köhnə Pajero deyil - Mitsubishi tamamilə yeni Pajero-nu təqdim etdi. L200 platforması, 7 sürüş rejimi, 204 at gücü, və ciddi yolsuzluq imkanlar...2 sentyabr 2026-cı ildə Yaponiyanın Tokyo şəhərində Mitsubishi Motors əfsanəvi Pajero modelinin tamamilə yeni nəslini rəsmi olaraq təqdim edib. Markanın ən tanınmış modellərindən biri olan Pajero yeni nəsildə öz ənənəvi yolsuzluq xarakterini qorumaqla yanaşı, daha müasir dizayn, təkmilləşdirilmiş texnologiyalar və yüksək komfort səviyyəsi ilə geri qayıdır.
Yeni Pajero klassik yolsuzluq avtomobillərinə xas ladder-frame — çərçivəli şassi üzərində hazırlanıb. L200 pikapı ilə ortaq platformadan istifadə edən modeldə yüksək möhkəmlikli poladın payı artırılıb və kuzov sərtliyi gücləndirilib. Bu yanaşma Pajero-nun həm çətin relyef şəraitində, həm də gündəlik istifadədə daha stabil və etibarlı idarəetmə təqdim etməsinə xidmət edir.
Avtomobil 2,4 litrlik turbo dizel mühərrik və 8 pilləli avtomatik transmissiya ilə təchiz edilir. Mühərrik 150 kW — təxminən 204 at gücü və 480 Nm fırlanma anı hasil edir.
Yeni Pajero-nun əsas üstünlüklərindən biri onun yolsuzluq imkanlarıdır. Model Mitsubishi-nin Super Select 4WD-II tam ötürücü sistemi, arxa diferensial kilidi və müxtəlif yol şəraitlərinə uyğun 7 sürüş rejimi ilə təchiz olunub. 230 mm klirens isə avtomobilin çətin yol və yolsuzluq şəraitində imkanlarını daha da artırır.
Asqı sistemi də yeni nəsil üçün ciddi şəkildə yenilənib. Ön hissədə yüksək yerləşdirilmiş ikiqat qollu asqı, arxada isə yeni beşqollu rigid axle konstruksiyasından istifadə olunur. Pajero eyni zamanda 3,5 tona qədər qoşqu çəkmə qabiliyyətinə malikdir.
7 nəfərlik və daha premium interyer
Yeni Pajero yolsuzluq imkanlarını ailə avtomobilindən gözlənilən komfortla birləşdirir. Üç sıra oturacaq konfiqurasiyası sayəsində salonda 7 nəfər üçün yer nəzərdə tutulub. İkinci sıra oturacaqlar 150 mm irəli və geri hərəkət edə bilir və üçüncü sıraya keçidi asanlaşdıran mexanizmə malikdir.
Avadanlıqlar sırasında 12 dinamikli Yamaha audiosistemi, üçzonalı avtomatik klimat-kontrol, ikinci sıra üçün oturacaq isidilməsi, arxa günəş pərdələri və qoltuqaltında soyudulan saxlama bölməsi kimi komfort elementləri yer alır.
Pajero tarixindən tanınan Multi Meter funksiyası da yeni modelə qaytarılıb. Lakin bu dəfə klassik ayrıca göstəricilər əvəzinə məlumatlar avtomobilin mərkəzi rəqəmsal ekranına inteqrasiya olunub.
Eksteryerdə Mitsubishi-nin müasir dizayn dili daha iri və sərt proporsiyalarla təqdim edilir. Böyük radiator barmaqlığı, şaquli işıq elementləri, güclü bamperlər, geniş təkər tağları və yüksək kuzov quruluşu Pajero-nun yolsuzluq xarakterini ön plana çıxarır.
Yeni nəsil Pajero Mitsubishi üçün sadəcə tarixi model adının geri qaytarılması deyil. Model markanın flagman SUV-si kimi mövqeləndirilir və Mitsubishi onun təxminən 100 ölkədə satışını planlaşdırır.
Yeni Mitsubishi Pajero-nun Azərbaycan bazarı üzrə satışa başlanma tarixi, komplektasiyaları və qiymətləri barədə məlumatlar müəyyənləşdikcə Mitsubishi Motors Azərbaycan tərəfindən ictimaiyyətə təqdim ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
11 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























