Kütləvi ixtisar investorlara xoş gəldi – Volkswagen-in səhmləri "uçdu"
Volkswagen 50 min nəfərlik ixtisar qərarını açıqladı, səhmləri 10%-ə yaxın bahalaşdı. Şirkət cəmi 100 minlik ixtisara gedirVolkswagen-in Müşahidə Şurasının əlavə 50 min iş yerinin ixtisarını nəzərdə tutan genişmiqyaslı restrukturizasiya planını təsdiqləməsindən sonra şirkətin səhmləri kəskin bahalaşıb.
Marja xəbər verir ki, Frankfurt birjasında erkən ticarət zamanı Volkswagen səhmlərinin qiyməti 9,7%-dək yüksəlib. Bu, şirkətin səhmləri üçün 2023-cü ilin martından bəri ən böyük gün içi artım olub.
Qeyd edək ki, Volkswagen səhmləri cümə axşamı gününün bağlanışınadək son bir il ərzində 20%-dən çox dəyər itirmişdi.
Volkswagen-in Müşahidə Şurası bir gün əvvəl baş icraçı direktor Oliver Blume-yə Avropanın ən böyük avtomobil istehsalçısında genişmiqyaslı dəyişikliklər həyata keçirmək üçün indiyədək ən aydın mandatı verib.
Şirkətin açıqlamasına görə, yeni plan çərçivəsində əlavə 50 min iş yerinin azaldılması nəzərdə tutulur. Bununla da Volkswagen Qrupunda ümumi ixtisarların sayının 100 minə çatacağı gözlənilir.
Wolfsburqda keçirilən iclasda təsdiqlənən tədbirlər 2024-cü ilin sonundan etibarən Volkswagen Qrupuna daxil olan brendlər üzrə nəzərdə tutulan işçi ixtisarlarının miqyasını iki dəfə artırır.
Plan, həmçinin Volkswagen-in 2035-ci ilədək avtomobil modellərinin sayını təxminən 50% azaltmasına imkan yaradacaq.
Yeni nəzərdə tutulan 50 min nəfərlik ixtisar Volkswagen-in ötən ilin sonuna olan qlobal işçi qüvvəsinin təxminən 8%-nə bərabərdir.
Şirkət rəhbərliyi bu addımları Çində satışların azalması, Almaniyada yüksək istehsal xərcləri və istehsal gücündən tam istifadə etməyən zavodların yaratdığı təzyiqlərlə izah edir.
Volkswagen investisiya xərclərini də azaldır. Şirkət 2027–2031-ci illər ərzində kapital qoyuluşları və tədqiqat-inkişaf xərclərinə ümumilikdə 135 milyard avro, təxminən 157 milyard dollar sərf etməyi planlaşdırır. Bu məbləğ ötən il təsdiqlənmiş investisiya planı ilə müqayisədə təxminən 16% azdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
29 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























