970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın qiymətli kağızlar bazarının qlobal sistemə bağlanması üçün danışıqlar aparılıb

Azərbaycan “Clearstream” və “Euroclear”a qoşulmağa hazırlaşır.
AzVak-mobil_resmin_ustu_31
Azərbaycanın qiymətli kağızlar bazarının qlobal sistemə bağlanması üçün danışıqlar aparılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin sədri Elçin Əlizadə və İdarə Heyəti sədrinin müşaviri Müşfiq Əhmədli İsveç Krallığının Stokholm şəhərində keçirilən “PostTrade 360° 2026” tədbiri çərçivəsində dünyanın aparıcı beynəlxalq depozitar institutları olan Clearstream və Euroclear-ın rəhbər heyətinin nümayəndələri ilə görüşlər keçirib.

Tərəflər Milli Depozit Mərkəzinin Clearstream və Euroclear-da hesablarının açılması istiqamətində həyata keçirilən proseslərin hazırkı vəziyyətini və növbəti mərhələləri müzakirə ediblər.

Görüşlər zamanı, həmçinin MDM-in hər iki beynəlxalq depozitar sisteminə üzvlüyü ilə bağlı texniki məsələlər ətraflı nəzərdən keçirilib, mövcud tələblər, əməliyyat və texnoloji inteqrasiya məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Müzakirələr çərçivəsində beynəlxalq depozitar infrastrukturu ilə əlaqələrin genişləndirilməsinin, Azərbaycan kapital bazarının qlobal maliyyə bazarlarına inteqrasiyasının gücləndirilməsinin və yerli bazar iştirakçılarının beynəlxalq maliyyə alətlərinə çıxış imkanlarının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşlərdə tərəflər qarşılıqlı əməkdaşlığın davam etdirilməsi, hesabların açılması və üzvlük prosesinin müvafiq mərhələləri üzrə əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Milli Depozit Mərkəzi MDM Clearstream Euroclear Elçin Əlizadə Müşfiq Əhmədli Azərbaycan kapital bazarı qiymətli kağızlar bazarı beynəlxalq depozitar MDM Clearstream MDM Euroclear Euroclear Azərbaycan Clearstream Azərbaycan kapital bazarının inteqrasiyası xarici qiymətli kağızlar beynəlxalq investorlar qiymətli kağızların hesablaşması post-trade PostTrade 360 2026 Avropa Mərkəzi Depozitarlar Assosiasiyası
04.09.2026 11:34
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19