Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Uber 2,3 milyard dollara keytrinq biznesinə daxil olur

AzVak-mobil_resmin_ustu_31
Uber 2,3 milyard dollara keytrinq biznesinə daxil olur
iç səhifə xəbər şəkil altı (mobil)_32

Uber şirkəti “Uber Eats” vasitəsilə təqdim etdiyi xidmətlərin çeşidini genişləndirir. Şirkət korporativ yemək və keytrinq (catering) platforması “ezCater”i 2,3 milyard dollara satın alacaq. Sövdələşmə tamamilə nağd vəsait hesabına həyata keçiriləcək.

Marja xəbər verir ki, ABŞ-ın korporativ yemək və catering platformalarından biri olan “ezCater” iri həcmli yemək xidmətlərinə ehtiyacı olan şirkətlər üçün onlayn bazar yeri funksiyasını yerinə yetirir.

Reklam_3_11

“Uber”in məlumatına görə, 2007-ci ildə yaradılan “ezCater” son 12 ay ərzində 2,5 milyard dollardan çox ümumi sifariş həcminə çatıb.

Şirkətin inkişaf tarixində diqqətçəkən məqamlardan biri onun ilk böyük investisiya raunduna qədər uzun müddət öz vəsaitləri hesabına böyüməsidir. “ezCater” yalnız 2014-cü ildə 4 milyon dollarlıq ilk investisiya raundunu həyata keçirib.

“Uber”in baş direktoru Dara Khosrowshahi bildirib ki, satınalma restoranlara yeni və daha iri müştərilərə çıxış imkanı yaradacaq.

Onun sözlərinə görə, catering böyük biznes istiqamətidir və restoranlar üçün əhəmiyyətli gəlir mənbəyinə çevrilə bilər.

“Uber-in geniş əhatə dairəsi sayəsində bu təcrübəni milyonlarla əlavə müştəriyə çatdıra və restoranlara bu dəyərli sifarişlərdən daha çoxunu əldə etməyə kömək edə bilərik”, – Khosrowshahi bildirib.

“ezCater”in alınması “Uber”in yemək çatdırılması biznesini genişləndirmək istiqamətində atdığı növbəti böyük addımdır.

Şirkət eyni zamanda “Delivery Hero”nun 15 milyard dollara alınması prosesini həyata keçirir. Bundan başqa, “Uber” dronlarla çatdırılma sahəsində fəaliyyət göstərən “Zipline” və “Flytrex” kimi şirkətlərə investisiya yatırır və onlarla əməkdaşlıq edir.

İş elanları AzVak.az-da

07.10.2026 08:11
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19