AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
AFB Bank sahibkarlar və peşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün xüsusi “İndi al, gələn il ödə!” kampaniyasına start verib. Kampaniya çərçivəsində müştərilər bizneslərini inkişaf etdirmək, avadanlıq almaq və ya peşə fəaliyyətlərinə yatırım etmək üçün lazım olan maliyyəni indi əldə edir, əsas borcun ödənişinə isə gələn il başlayırlar.
Kampaniya Mikrokredit və Peşə krediti məhsullarına şamil olunur. Bu çərçivədə müştərilər 500 AZN-dən 100 000 AZN-dək kredit əldə edə, krediti 3 aydan 36 ayadək müddətə rəsmiləşdirə bilərlər.
Kreditlər 18%-dən başlayan illik faiz dərəcəsi ilə təqdim olunur.
“İndi al, gələn il ödə!” kampaniyası sahibkarlara maliyyə vəsaitindən bu gün istifadə etməklə biznes ehtiyaclarını təxirə salmamaq imkanı yaradır. Belə ki, əldə olunan vəsait biznesin böyüdülməsi, yeni avadanlığın alınması və ya peşə fəaliyyətinin inkişaf etdirilməsi kimi məqsədlərə yönəldilə bilər.
Kampaniyanın əsas üstünlüyü isə əsas borcun ödənişinə gələn il başlanmasıdır. Bu yanaşma sahibkarlara əldə etdikləri maliyyəni biznes fəaliyyətinə yönəltmək və ödənişlərə başlamazdan əvvəl əlavə vaxt qazanmaq imkanı verir.
AFB Bank bu kampaniya ilə kiçik sahibkarlıq fəaliyyəti və müxtəlif peşə sahələri ilə məşğul olan şəxslərin maliyyə ehtiyaclarına çevik həll təqdim etməyi hədəfləyir. Kampaniyadan yararlanmaq istəyən müştərilər 30 noyabr 2026-cı ilədək müraciət edə bilərlər.
Müraciət üçün: https://afb.az/indi-al-gelen-il-ode
AFB Bank haqqında
AFB Bank fiziki şəxslər, sahibkarlar və korporativ müştərilər üçün pərakəndə və biznes bankçılıq xidmətləri, eləcə də rəqəmsal həllər təqdim edir. Bank müştərilərinə sadə, etibarlı və əlçatan maliyyə həlləri təklif etməklə onların gündəlik ehtiyaclarına və gələcək planlarına dəstək olmağı hədəfləyir.
Ətraflı məlumat üçün: AFB Bank
Məlumat Mərkəzi: 1545
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















