Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərbaycanda “Stop-Kredit” istifadəyə verilib

“Stop-Kredit” istifadəyə verilib – vətəndaş öz adına onlayn kreditə məhdudiyyət qoya bilir
AzVak-mobil_resmin_ustu_31
Azərbaycanda “Stop-Kredit” istifadəyə verilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda vətəndaşlar öz adlarına kredit götürülməsinə qadağa qoya bilir.

Azərbaycan Kredit Bürosu (Büro) tərəfindən hazırlanmış rəqəmsal kredit tarixçəsi platforması olan Findoc portalında (Portal) yeni “Stop-Kredit” xidməti istifadəyə verilib.

Yeni xidmət Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) tərəfindən 25 iyun 2026-cı il tarixində təsdiqlənmiş “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası” və “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”na edilən dəyişikliklərə əsasən, məsafədən göstərilən maliyyə xidmətlərində risklərin minimallaşdırılması və istehlakçıların hüquqlarının qorunması üçün vətəndaşlara rəqəmsal kanallar vasitəsilə istehlak kreditlərinin rəsmiləşdirilməsinə və ya kredit limitlərinin artırılmasına könüllü məhdudiyyət (özünəqadağa) tətbiq etmək hüququ tanınması məqsədilə hazırlanmışdır.

“Stop-Kredit” xidməti vətəndaşlara öz adlarına rəqəmsal kanallar vasitəsilə məsafədən istehlak kreditlərinin rəsmiləşdirilməsinə və ya mövcud kredit limitlərinin artırılmasına könüllü məhdudiyyət (özünəqadağa) tətbiq etmək imkanı yaradır.

Xidmətdən yararlanmaq üçün vətəndaşların Findoc portalına və ya mobil tətbiqinə daxil olaraq şəxsi kabinetləri vasitəsilə müvafiq funksionallıq üzərindən sorğu yerləşdirmələri kifayətdir. AMB tərəfindən qaydalarda edilmiş müvafiq dəyişikliklərə əsasən isə 1 oktyabr 2026-cı il tarixindən etibarən kredit təşkilatları tərəfindən məsafədən kredit rəsmiləşdirilməsindən öncə müvafiq məhdudiyyətin mövcudluğu yoxlanılmalı və yalnız məhdudiyyət olmadığı halda kreditləşmə həyata keçirilməlidir.

“Stop-Kredit” xidmətini vətəndaşlar Portal üzərindən ləğv etmək və ya yenidən aktivləşdirmək imkanına malikdirlər.  

Qeyd edək ki, Portal real-vaxt rejimində, 7/24 əsaslarla fəaliyyət göstərir və hazırda Portalda qeydiyyatdan keçmiş şəxslərin sayı 225 mindən artıqdır.  

Büro 15 yanvar 2018-ci il tarixində yaradılmışdır. Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, nisyə mal alqı-satqısı həyata keçirən şirkətlərdən, habelə borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanılmasını, saxlanılmasını, təhlilini, kredit hesabatlarının formalaşdırılmasını, borcalanlara fərdi reytinqlərin verilməsini və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.

Hazırda Büroya qoşulmuş təşkilatların sayı 300-dən artıqdır.

Azərbaycan Kredit Bürosu Stop-Kredit Findoc Findoc portalı kredit tarixçəsi onlayn kredit rəqəmsal kredit istehlak krediti kredit limiti kreditə qadağa özünəqadağa Mərkəzi Bank AMB kredit riskləri banklar BOKT kredit fırıldaqları məsafədən kredit kredit təhlükəsizliyi maliyyə xidmətləri borcalan kredit hesabatı
08.10.2026 14:42
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19