970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

BOKT-dan investorlara 15%-lik istiqraz təklifi - faizlər hər 30 gündən bir ödəniləcək

AzVak-mobil_resmin_ustu_31
BOKT-dan investorlara 15%-lik istiqraz təklifi - faizlər hər 30 gündən bir ödəniləcək
iç səhifə xəbər şəkil altı (mobil)_32

BOKT “International” ASC 1 milyon manat həcmində istiqraz emissiyası həyata keçirəcək. İstiqrazların yerləşdirilməsi üzrə hərrac 12 oktyabr 2026-cı il tarixində Bakı Fond Birjasında (BFB) keçiriləcək.

Marja.az Bakı Fond Birjasının məlumatına istinadən xəbər verir ki, 17 sentyabr 2026-cı il tarixində BFB-nin Listinq Komitəsinin qərarı ilə BOKT “International” ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 10 min ədəd istiqraz yerləşdiriləcək. Beləliklə, buraxılışın ümumi həcmi 1 milyon manat təşkil edəcək.

İstiqrazlar faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar formasında buraxılır.

Qiymətli kağızlar üzrə illik gəlirlilik faizi 15% müəyyən edilib. İstiqrazlar üzrə hesablanmış faizlər ilk istiqrazın yerləşdirildiyi tarixdən başlayaraq hər 30 gündən bir ödəniləcək.

İstiqrazların tədavül müddəti 24 ay, yerləşdirmə üsulu isə kütləvi/rəqabətli hərrac olacaq.

Emissiyanın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların dövlət qeydiyyat nömrəsi — ISIN AZ2062021020-dır.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

BOKT International BOKT “International” ASC istiqraz Bakı Fond Birjası BFB istiqraz hərracı 15 faiz gəlirlilik 1 milyon manat PAŞA Kapital investisiya qiymətli kağızlar istiqraz emissiyası 12 oktyabr 2026 ISIN AZ2062021020
07.10.2026 14:00
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19