970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Vergi planı 913 milyon manat artıq icra edilib

9 ayda vergi daxilolmaları 13,6 milyard manatı keçib – Proqnoz 913 milyon manat üstələnib
iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergi planı 913 milyon manat artıq icra edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2026-cı ilin yanvar – sentyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 13 milyard 630,4 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 913,4 milyon manat çoxdur. 2025-ci ilin müvafiq dövrünə nisbətən vergi daxilolmaları 1 milyard 174,6 milyon manat və ya 9,4 faiz artıb. 

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 10 milyard 332,6 milyon manat təşkil edib və büdcəyə proqnozdan əlavə 292,6 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 1 milyard 159,3 milyon manat və ya 12,6 faiz artıb.

2026-cı ilin yanvar – sentyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 59,7 milyon manat olub, proqnozdan əlavə 267,2 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 3 milyard 401,6 milyon manatdan çox təşkil edib.

Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 179,9 milyon manatdan çox olub, proqnozdan əlavə 8 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 139,5 milyon manata yaxın təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 758,8 milyon manata yaxın olub, proqnozdan əlavə 18 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 507 milyon manata yaxın təşkil edib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Azərbaycan vergi daxilolmaları Dövlət Vergi Xidməti vergi gəlirləri 2026 qeyri-neft-qaz sektoru qeyri-neft sektorundan vergilər dövlət büdcəsi vergi daxilolmaları 13 6 milyard manat vergi proqnozu sosial sığorta haqları məcburi dövlət sosial sığorta işsizlikdən sığorta icbari tibbi sığorta İqtisadiyyat Nazirliyi büdcə gəlirləri Azərbaycan iqtisadiyyatı
07.10.2026 11:13
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19