970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
iç səhifə xəbər şəkil altı (mobil)_32

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik Türkiyə ilə Azərbaycan arasında fikir ayrılığı görüntüsü yaratmağa çalışan ölkələr və müxtəlif dairələrlə bağlı açıqlama verib.

Marja.az-ın məlumatına görə, Çelik bildirib ki, Türkiyə və Azərbaycanın ayrı-ayrı siyasi məsələlərlə bağlı qiymətləndirmələrində fərqlər ola bilər, lakin belə hallarda məsələlər iki qardaş ölkə arasında açıq şəkildə müzakirə edilir.

Reklam_3_11

“Cənab Prezidentimizlə Azərbaycan Prezidenti cənab İlham Əliyev arasında həqiqi qardaşlıq münasibətləri var. Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var. Bu ölkələrə qətiyyən imkan verməyəcəyik”, - AK Parti sözçüsü bildirib.

Onun sözlərinə görə, Türkiyə daxilində də bəzi qrupların, sosial media strukturlarının və müəyyən dairələrin Azərbaycanı əsassız şəkildə hədəfə aldığı müşahidə olunur.

Çelik vurğulayıb ki, həmin qrupların fəaliyyətinin AK Parti və ya Türkiyə hökuməti ilə hər hansı əlaqəsi yoxdur:

“Bunlar bunu öz təşəbbüsləri ilə edirlər. Türkiyə ilə Azərbaycan arasında guya bir ixtilaf varmış kimi ab-hava yaradılmasına, qardaşlığımıza kölgə salınmasına heç bir şəkildə imkan vermərik. Bundan böyük narazılıq duyuruq”.

AK Parti sözçüsü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında təmasların davam etdiyini də qeyd edib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Çelik siyasi müzakirələrin iki ölkə arasında siyasi ziddiyyətə və ya gərginliyə çevrilməsinə imkan verilməyəcəyini bildirib.

“Bir daha deyirəm ki, biz iki dövlət, bir millətik. Qardaşlığımız əbədi qardaşlıqdır. Bundan sonra da eyni qardaşlıq və həmrəyliklə yolumuza davam edəcəyik”, - o deyib.

Ömer Çelik əlavə edib ki, Türkiyə və Azərbaycan rəsmiləri arasında görüşlər davam edir və yaxın vaxtlarda da qarşılıqlı təmaslar baş tutub.

“Yanlış anlaşılma olmasın deyə deyirəm: aramızdakı münasibəti ifadə edən yeganə söz qardaşlıqdır. Əlbəttə, diplomatik baxımdan müxtəlif məsələlərdə fərqli yanaşmalar ola bilər. Biz bunları da danışır, fikirlərimizi açıq şəkildə bölüşürük”, - AK Parti sözçüsü bildirib.

Türkiyə Xarici İşlər Nazirliyi də iki ölkə arasındakı münasibətləri “müstəsna münasibətlər və bənzəri olmayan qardaşlıq və müttəfiqlik bağları” kimi xarakterizə edir.

Ömer Çelik AK Parti Azərbaycan Türkiyə İlham Əliyev Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan münasibətləri iki dövlət bir millət Azərbaycan Türkiyə qardaşlığı AK Parti Azərbaycan
07.10.2026 17:53
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Əliyev Putinə zəng edib
Əliyev Putinə zəng edib
07.10.2026 15:34
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19