970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Avropada taun narahatlığı – Rusiyadakı şübhəli ölüm müzakirə ediləcək

AzVak-mobil_resmin_ustu_31
Avropada taun narahatlığı – Rusiyadakı şübhəli ölüm müzakirə ediləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avropa İttifaqı (Aİ) ölkələrinin Rusiyanın Sibir bölgəsində səbəbi müəyyən edilməyən pnevmoniya diaqnozu qoyulan bir şəxsin ölümündən sonra yaranmış “taun” şübhəsini müzakirə etmək üçün toplanacağı bildirilir.

Marja xəbər verir ki, adı açıqlanmayan Avropa Komissiyası sözçüsü Rusiyada “taun epidemiyası” ilə bağlı narahatlıq yaradan hadisə barədə “Euronews”a açıqlama verib.

Komissiya rəsmisi Aİ ölkələrinin səhiyyə nazirliklərinin nümayəndələrini bir araya gətirən Aİ Səhiyyə Təhlükəsizliyi Komitəsinin gün ərzində məsələ ilə bağlı iclas keçirəcəyini bildirib.

Onun sözlərinə görə, iclasın gündəliyində Rusiyadakı vəziyyət də yer alacaq.

ECDC vəziyyəti yaxından izləyir

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) Rusiyadakı vəziyyətin yaxından izlənildiyini bildirib. Qurumun açıqlamasına görə, hazırda mövcud olan məhdud məlumatlar əsasında xəstəliyin yayılmasını göstərən sübut yoxdur. ECDC həmçinin ikinci yoluxma hallarının qeydə alınmadığını və davamlı insandan-insana ötürülməni göstərən məlumat olmadığını bildirib.

ECDC qeyd edib ki, Aİ-də onilliklərdir taun hadisəsi qeydə alınmayıb və xəstəlik antibiotiklərlə effektiv şəkildə müalicə edilə bilir.

Qurumun məlumatına görə, pnevmonik taunun insandan insana keçməsi adətən artıq simptomları olan yoluxmuş şəxslə yaxın və uzunmüddətli təmas tələb edir.

Taun şübhəsi olan şəxslərin təcrid edilməsi, yaxın təmasda olanların müəyyənləşdirilərək müşahidə altında saxlanılması və müvafiq tibbi müalicənin başlanması tövsiyə edilir. ECDC Dünya Səhiyyə Təşkilatının Avropa regional ofisi ilə də əlaqə saxlayır.

Rusiyada nə baş verib?

Rusiyanın İrkutsk vilayətinin qubernatoru İqor Kobzev oktyabrın 2-də bölgədə yaşayan bir şəxsdə “xüsusilə təhlükəli infeksiya şübhəsi” ilə bağlı məlumatlardan sonra fövqəladə sanitar-epidemioloji komissiyanın iclasının keçirildiyini açıqlamışdı.

Bəzi sosial media kanallarında isə həmin gün İrkutsk Taunla Mübarizə Elmi-Tədqiqat İnstitutunun əməkdaşının “ağciyər taunu” səbəbindən öldüyü iddia olunub. Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti – Rospotrebnadzor isə institut əməkdaşına “səbəbi müəyyən edilməyən pnevmoniya” diaqnozu qoyulduğunu və bununla əlaqədar xüsusi sanitar-epidemioloji tədbirlərin həyata keçirildiyini açıqlayıb.

Rusiya qurumlarının məlumatına görə, aparılmış testlərdə həmin şəxsin peşə fəaliyyəti ilə əlaqəli təhlükəli mikroorqanizmlər aşkar edilməyib. Ölümün taun səbəbindən baş verdiyi rəsmi şəkildə təsdiqlənməyib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

aun ağciyər taunu pnevmonik taun Rusiyada taun şübhəsi Sibir İrkutsk İrkutsk Taunla Mübarizə İnstitutu səbəbi müəyyən edilməyən pnevmoniya Aİ Avropa İttifaqı Aİ Səhiyyə Təhlükəsizliyi Komitəsi ECDC Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi Rospotrebnadzor Ümumdünya Səhiyyə Təşkilatı WHO Europe təhlükəli infeksiya yoluxucu xəstəlik epidemiya şübhəsi laboratoriya əməkdaşı İqor Kobzev taun epidemiyası antibiotik müalicəsi səhiyyə təhlükəsizliyi Avropada taun Rusiyada müəmmalı ölüm
07.10.2026 14:56
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19