“Bridge Group”un 90%-nə sahib olduğu şirkətdə ciddi geriləmə: gəlir 12,6 milyon, mənfəət 3,7 milyon manat azalıb
“Global İnşaat Group” MMC-nin mənfəəti 32% azalıb - Kassadakı pul yarıbayarı "əriyib".Əsas fəaliyyət istiqaməti ixtisaslaşdırılmış geniş çeşiddə malların topdan satışı olan “Global İnşaat Group” MMC 2025-ci ili 7 milyon 954 min manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 3 milyon 746 min manat və ya 32% azdır.
Marja.az şirkətin konsolidasiya edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir ki, “Global İnşaat Group”un 2024-cü ildə xalis mənfəəti 11 milyon 701 min manat təşkil etmişdi.
Şirkətin əsas əməliyyat gəlirləri də azalıb. Gəlirlər 2024-cü ildəki 97 milyon 796 min manatdan 2025-ci ildə 85 milyon 153 min manata düşüb. Beləliklə, gəlirlər bir ildə 12 milyon 643 min manat və ya 12,9% azalıb.
Satışın maya dəyəri 73 milyon 719 min manatdan 62 milyon 187 min manata geriləyib. Nəticədə ümumi mənfəət 24 milyon 77 min manatdan 22 milyon 965 min manata düşərək 4,6% azalıb.
İnzibati xərclər 36% artıb
Gəlirlərin azalması ilə yanaşı, şirkətin inzibati və əməliyyat xərclərində ciddi artım qeydə alınıb. Bu xərclər 2024-cü ildə 9 milyon 568 min manat olduğu halda, 2025-ci ildə 13 milyon 46 min manata yüksəlib. Artım 3 milyon 478 min manat və ya 36,3% təşkil edib. Bunun nəticəsində “Global İnşaat Group”un əməliyyat mənfəəti 14 milyon 993 min manatdan 10 milyon 408 min manata enib. Əməliyyat mənfəətində azalma 30,6% olub.
Şirkətin maliyyə xərcləri isə 269 min manatdan 661 min manata yüksələrək təxminən 2,5 dəfə artıb.
Vergidən əvvəlki mənfəət 14 milyon 672 min manatdan 9 milyon 960 min manata, mənfəət vergisi xərcləri isə 2 milyon 971 min manatdan 2 milyon 5 min manata düşüb.
Kassadakı pul 9,5 milyon manat azalıb
Hesabatda diqqət çəkən göstəricilərdən biri şirkətin pul vəsaitlərinin kəskin azalmasıdır. 2024-cü ilin sonunda “Global İnşaat Group”un pul və pul vəsaitlərinin ekvivalentləri 18 milyon 368 min manat təşkil etdiyi halda, 2025-ci ilin sonunda bu göstərici 8 milyon 894 min manata düşüb. Beləliklə, şirkətin pul vəsaitləri bir ildə 9 milyon 474 min manat və ya 51,6% azalıb.
Debitor borclar da 18 milyon 780 min manatdan 13 milyon 599 min manata düşüb. Azalma 27,6% təşkil edib.
Bunun əksinə olaraq, mal-material ehtiyatları 3 milyon 948 min manatdan 8 milyon 696 min manata yüksəlib. Ehtiyatlar bir ildə 120,3% artıb.
Aktivlər 7,2 milyon manat kiçilib
“Global İnşaat Group”un cəmi aktivləri 2024-cü ilin sonundakı 66 milyon 495 min manatdan 2025-ci ilin sonunda 59 milyon 319 min manata düşüb. Aktivlərin həcmi bir ildə 7 milyon 176 min manat və ya 10,8% azalıb.
Şirkətin cəmi öhdəlikləri isə 47 milyon 757 min manatdan 35 milyon 684 min manata enib. Bu, 12 milyon 72 min manat və ya 25,3% azalma deməkdir. Uzunmüddətli borc vəsaitləri isə əks istiqamətdə dəyişərək 5 milyon manatdan 7 milyon 400 min manata yüksəlib – artım 48% olub.
Şirkətin kapitalı 18 milyon 739 min manatdan 23 milyon 634 min manata çatıb və təxminən 26,1% artıb.
Şirkətin 90%-i “Bridge Group of Companies”ə məxsusdur
Maliyyə hesabatına əsasən, 31 dekabr 2025-ci il tarixinə “Global İnşaat Group” MMC-nin 90%-lik iştirak payı “Bridge Group of Companies” MMC-yə, 10%-lik payı isə Hüseynov Yaqub Valeh oğluna ( “Bridge Group of Companies” MMC-nin Müşahidə Şurasının sədri) məxsus olub. Şirkətin əsas fəaliyyət istiqaməti ixtisaslaşdırılmış geniş çeşiddə malların topdan satışıdır.
“Global İnşaat Group”un “Bridge Management” MMC-də iştirak payı isə 100% təşkil edir.
1998-ci̇ i̇ldən bəri̇ "Bridge Group of Companies"-ə daxi̇l olan şi̇rkətlər müxtəli̇f sahələrdə i̇xti̇saslaşmaqla i̇darəetmə, i̇nşaat, mehmanxana və restoran fəali̇yyəti̇, satınalma, anbar və kənd təsərrüfati sahələri̇ndə i̇ş təcrübəsi̇nə mali̇kdi̇rlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
13 d. əvvəl
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
15 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
15 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər
“Bridge Group”un 90%-nə sahib olduğu şirkətdə ciddi geriləmə: gəlir 12,6 milyon, mənfəət 3,7 milyon manat azalıb
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
Ən çox oxunanlar
Mağazalar şəbəkəsi Qaxda yeni filial açır
PASHA Bank Georgia-nın Müşahidə Şurasında yeni təyinatlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Tramp Özbəkistana səfər etmək istəyir

























