Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq ®
Artıq sahibkarlar dövlət satınalmalarında tələb olunan sənədləri onlayn imzalaya biləcəklərAzərbaycanda həyata keçirilən rəqəmsal transformasiya çərçivəsində “SiMA İmza” dövlət satınalmalarının vahid internet portalına inteqrasiya edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi portalda (https://etender.gov.az/) sənədlərin “SİMA İmza” ilə rəqəmsal şəkildə imzalanması imkanı yaradılıb.
Hazırda sahibkarlar portalda şirkətlərin maliyyə hesabatlarını, eləcə də Dövlət Vergi Xidmətindən müvafiq arayışların əldə olunması ilə bağlı müraciətləri “SİMA İmza” ilə imzalaya bilərlər. Proses tam rəqəmsal formatda həyata keçirilir. Sahibkarlar heç bir xidmət mərkəzinə getmədən mobil tətbiq vasitəsilə rəqəmsal imza əldə edir və birbaşa portalda tender proseslərinə onlayn qoşula bilirlər.
Bununla da sənədlərin imzalanması prosesi sadələşdirilir, satınalma iştirakçılarının əməliyyat yükü azaldılır və prosedurların daha çevik və operativ icrasına imkan yaradılır. Eyni zamanda, imzanın onlayn əldə olunması kiçik və orta sahibkarların dövlət satınalmalarında iştirakını asanlaşdırır, rəqabət mühitinin genişlənməsinə və proseslərin şəffaflığına töhfə verir.
Bu yenilik dövlət xidmətlərinin rəqəmsallaşdırılması üzrə ölkədə aparılan işlərin tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2025-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nda dövlət xidmətlərinin müasirləşdirilməsi və rəqəmsal platformalara keçirilməsi əsas istiqamətlər sırasında göstərilir.
“AzInTelecom” SİMA-nın tətbiq sahələrini genişləndirərək istifadəçilər üçün rahat və əlçatan rəqəmsal xidmət təcrübəsi yaratmağa davam edəcək.
“SİMA İmza” haqqında
SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. “SİMA İmza” istifadəçilərə müxtəlif dövlət və özəl xidmətlərdən təhlükəsiz və sürətli şəkildə yararlanmağa imkan verən rəqəmsal imza həllidir. Rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən ödənişsiz şəkildə mobil tətbiq vasitəsilə əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
5 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
5 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
5 d. əvvəl
Azərbaycan iqtisadiyyatının 9 aylıq nəticələri açıqlandı – Hansı sahələr böyüyüb, hansılar kiçilib?
-
11 d. əvvəl
Azərbaycanda daha bir şirkət ləğv olunur – “Azərsun Holdinq”ə birləşdirilir
-
33 d. əvvəl
Prime Cotton-dan “Made in Azerbaijan” məhsullarının beynəlxalq tanıtımına növbəti addım
- 39 d. əvvəl
- 44 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq ®
-
2 saat əvvəl
MDB dövlət başçıları Türkmənistanda bir araya gəlir – İlham Əliyev iclasda iştirak edir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dövlət büdcəsində 4 milyard manata yaxın artıqlıq yaranıb
3 günlük böyük endirim başladı - Yeni qiymətlər ®
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
MDB dövlət başçıları Türkmənistanda bir araya gəlir – İlham Əliyev iclasda iştirak edir
Rəsmi məzənnələr açıqlandı
Microsoft, Adobe və daha 6 texnologiya şirkətinə qadağa – “Yaşıl kart” proqramından kənarlaşdırıldılar

























