970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Dövlət büdcəsində 4 milyard manata yaxın artıqlıq yaranıb

9 ayda büdcəyə 29,3 milyard manat daxil olub – 25,3 milyard manat xərclənib
iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət büdcəsində 4 milyard manata yaxın artıqlıq yaranıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2026-cı ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 984 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.

Marja.az Maliyyə Nazirliyinin yaydığı məlumata istinadəən xəbər verir ki, cari ilin yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin gəlirləri 29 milyard 312,1 milyon manat təşkil edib ki, bu da proqnozu 787,7 milyon manat və ya 2.8 faiz üstələyib.

Reklam_3_11

Dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 169,7 milyon manat və ya 0.6 faiz çoxdur.

Yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin xərcləri 25 milyard 348,2 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 680 milyon manat və ya 2.8 faiz çoxdur. Dövlət büdcəsinin icrası nəticəsində 3 milyard 963,9 milyon manat profisit (büdcə artıqlığı) yaranıb.

2026-cı ilin yanvar-sentyabr ayları ərzində icmal büdcənin gəlirləri 36 milyard 730,8 milyon manat, xərcləri  isə 30 milyard 89,9 milyon manat məbləğində icra edilib.

Azərbaycanın dövlət büdcəsi dövlət büdcəsi 2026 dövlət büdcəsinin gəlirləri büdcə xərcləri büdcə profisiti dövlət büdcəsinin icrası icmal büdcə icmal büdcənin gəlirləri Maliyyə Nazirliyi Azərbaycan büdcəsi 2026-cı ilin 9 aylıq büdcə göstəriciləri büdcə gəlirləri proqnozu dövlət maliyyəsi büdcə daxilolmaları.
09.10.2026 10:38
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19