Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Rabitəbank" maliyyə nəticələrini açıqladı - 9 ayda 13,8 milyon manat xalis mənfəət əldə edib

Rabitəbankın kredit portfeli 1 milyard manatı keçib – Maliyyə nəticələri açıqlandı Rabitə
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Rabitəbank" maliyyə nəticələrini açıqladı - 9 ayda 13,8 milyon manat xalis mənfəət əldə edib
iç səhifə xəbər şəkil altı (mobil)_32

Rabitəbank 2026-cı ilin 9 ayı üzrə maliyyə göstəricilərini açıqlayıb. 

Rabitəbankın yaydığı press-relizdə bildirilir ki, hesabat dövründə Bank 13 milyon 757 min manat xalis mənfəət əldə edib.

Reklam_3_11

Rabitəbankın aktivləri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.2% artaraq 1 milyard 453 milyon manata çatıb.

KREDİT PORTFELİ 1 MİLYARD MANATI ÖTÜB

2026-cı ilin 9 ayının nəticələrinə əsasən, Rabitəbankın ümumi kredit portfelində də artım qeydə alınıb. Portfel ötən ilin eyni dövrü ilə müqayisədə 7.6% böyüyərək 1 milyard 25 min manat təşkil edib.

Kredit portfelində ən böyük pay biznes kreditlərinin üzərinə düşüb. Bu istiqamət üzrə portfel 6.7% artaraq 460 milyon 97 min manata çatıb. İstehlak kreditləri portfeli 5.5% artımla 360 milyon 550 min manat, ipoteka kreditləri portfeli isə 13.7% artımla 204 milyon 767 min manat təşkil edib.

ƏMANƏT PORTFELİNDƏ ARTIM DAVAM EDİB

Rabitəbankın əmanət portfeli də hesabat dövründə müsbət dinamika nümayiş etdirib. 2026-cı ilin 9 ayının yekunlarına əsasən, ümumi əmanət portfeli 7% artaraq 848 milyon 74 min manata yüksəlib. Fiziki şəxslərin Bankdakı əmanətlərinin həcmi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.6% artaraq 620 milyon 195 min manat olub.

Hesabat dövründə Rabitəbankın faiz gəlirləri 19.2% artaraq 118 milyon 537 min manata çatıb. Qeyri-faiz gəlirləri isə ötən ilin analoji dövrü ilə müqayisədə 1.9% artaraq 35 milyon 614 min manat təşkil edib.

2026-cı ilin 9 ayının sonunda Bankın məcmu kapitalı 134 milyon 125 min manat olub.

Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.

Hazırda “Rabitəbank”ın 19 region və Bakı şəhəri üzrə ümumilikdə 32 xidmət məntəqəsi mövcuddur.

14.10.2026 18:22
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19