970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB

AzVak-mobil_resmin_ustu_31
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda “Səba” brendi altında fəaliyyət göstərən mağazalar 15–20 oktyabr 2026-cı il tarixlərində müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.

Marja.az xəbər verir ki, bu barədə "Chicken Pro” şirkətinin yaydığı məlumatda bildirilir.

Reklam_3_11

Şirkətin açıqlamasına görə, mağazaların fəaliyyətinin müvəqqəti dayandırılması mərkəzləşdirilmiş satış və idarəetmə sisteminin texniki infrastrukturunda planlaşdırılan yenilənmə işləri ilə əlaqədardır.

Yenilənmə müddətində sistemin dayanıqlılığının və müştərilərə göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədilə texniki-profilaktik işlər həyata keçiriləcək.

“15–20 oktyabr 2026-cı il tarixlərində mağazalarımız müvəqqəti olaraq fəaliyyət göstərməyəcək”, – deyə şirkətin məlumatında qeyd olunur.

Açıqlamaya əsasən, “Səba” mağazalarının oktyabrın 21-dən etibarən adi iş rejimində fəaliyyətini bərpa etməsi nəzərdə tutulur.

Şirkət yaranan müvəqqəti narahatlığa görə müştərilərindən üzr istəyib.

Qeyd edək ki, “Səba” brendi hazırda “Chicken Pro” MMC-yə məxsusdur. “Chicken Pro” Azərbaycanda “Səba” ASC-nin səhmlərini və aktivlərini əldə etmiş şirkətdir.

Səba mağazaları Səba Azərbaycan Səba mağazaları bağlanıb Səba fəaliyyətini dayandırıb Səba 21 oktyabr Chicken Pro MMC Chicken Pro Azərbaycan Səba ASC Səba brendi Səba əmtəə nişanı Səba mağazalarının fəaliyyəti Səba texniki yenilənmə Azərbaycanda mağazalar ərzaq mağazaları
16.10.2026 17:32
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19