970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Bank BTB”nin hüquqi varisi kreditorlarına müraciət edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bank BTB”nin hüquqi varisi kreditorlarına müraciət edib
iç səhifə xəbər şəkil altı (mobil)_32

“Bank BTB” ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi nəticəsində yaradılmış “T-Kredit” MMC ləğv olunduğunu elan edib.

Marja.az xəbər verir ki, təşkilat bununla bağlı kreditorlarına müraciət ünvanlayıb.

Reklam_3_11

Elana əsasən, “T-Kredit” MMC-nin kreditorları iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi, ev 9 ünvanına təqdim edə bilərlər.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 29 sentyabr 2026-cı il tarixli qərarı ilə “T-Kredit” BOKT MMC-yə verilmiş BKT-51 nömrəli lisenziya təşkilatın öz müraciəti əsasında ləğv edilib.

Bu barədə Mərkəzi Bank oktyabrın 1-də məlumat yayıb. Qanunvericiliyə əsasən, BOKT lisenziyasının ləğvi barədə qərar qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən edilmiş qaydada ləğv edilir. 

“Bank BTB”nin bazasında yaradılmışdı

Xatırladaq ki, “T-Kredit” BOKT 2026-cı ilin iyulunda “Bank BTB”nin yenidən təşkili nəticəsində yaradılıb. Mərkəzi Bankın İdarə Heyətinin 27 iyul 2026-cı il tarixli qərarı ilə “Bank BTB”nin bank lisenziyası ləğv edilmiş, onun hüquqi varisi olan “T-Kredit” BOKT-a kredit təşkilatı kimi fəaliyyət göstərmək üçün lisenziya verilmişdi.

Yenidən təşkil prosesi çərçivəsində “Bank BTB”nin aktivləri və öhdəlikləri Azərbaycan Beynəlxalq Bankına (ABB) ötürülmüşdü. Bankın əmanətçilərinin vəsaitləri və kredit portfeli də müvafiq müqavilə əsasında ABB-yə transfer edilmişdi. 

Beləliklə, “Bank BTB”nin BOKT-a çevrilməsi nəticəsində yaradılan “T-Kredit”in lisenziyası verilməsindən təxminən iki ay sonra ləğv olunub və hazırda təşkilatın hüquqi şəxs kimi ləğvi prosesi həyata keçirilir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

T-Kredit MMC T-Kredit BOKT Bank BTB Bank BTB ləğv BOKT ləğvi Azərbaycanda kredit təşkilatları Azərbaycan Mərkəzi Bankı BKT-51 T-Kredit kreditorları kredit təşkilatının ləğvi Azərbaycan Beynəlxalq Bankı ABB bankların yenidən təşkili
22.10.2026 14:22
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19