Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Yeni Suraxanı–Hövsan dəmiryol xətti bərpa ediləcək, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb

AzVak-mobil_resmin_ustu_31
Yeni Suraxanı–Hövsan dəmiryol xətti bərpa ediləcək, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Yeni Suraxanı–Hövsan dəmir yolu xəttinin bərpası nəzərdə tutulur, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb.

Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ADY "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı"nda dəmiryol infrastrukturu üzrə nəzərdə tutulan işlərin icrasını davam etdirir:

"Dövlət Proqramında Bakı ətrafı ərazilərdə dəmiryol nəqliyyatı infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Bakıxanov–Binə–Qala, Zabrat–Maştağa–Bağlar və Qaradağ–Güzdək dəmir yolu xətləri ilə yanaşı, Yeni Suraxanı–Hövsan xəttinin bərpası nəzərdə tutulur. Qeyd olunan dəmiryol xətləri üzrə yol infrastrukturunun təhlili aparılıb, layihələndirmə işlərinə başlanılıb".

B.Hacıyev qeyd edib ki, Yeni Suraxanı–Hövsan xətti üzrə layihələndirmə işlərinin 30 %-i yekunlaşıb:

"Bu xətt boyunca mühafizə zonasında yerləşən və tikinti altına düşən yaşayış evləri və qeyri-yaşayış obyektləri üzrə 111 mülkiyyətçi qeydiyyata alınıb, onlarla müvafiq protokollar imzalanıb, kompensasiyalar ödənilib. Bu xətt üzrə mühafizə zonasına düşən obyektlərin söküntü işləri başa çatıb, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə çəpərləmə işlərinə başlanılıb. Bu xətt boyunca stansiyalar üzrə optimallaşdırma işləri aparılıb, stansiyaların yerləri müəyyən olunub. Yeni Suraxanı–Hövsan xəttində ümumilikdə 4 stansiyanın inşası və ya bərpası planlaşdırılır. Bu stansiyalardan 3-ü Hövsan ərazisində yerləşəcək. Hər stansiyada piyada keçidlərinin, eyni zamanda, avtomobil yolları ilə kəsişmədə bir neçə müxtəlif səviyyəli körpünün inşası nəzərdə tutulur".

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© "Report" 

30.10.2026 10:34
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19