Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib.

Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlara satış dövriyyəsi əsasında girovsuz kredit əldə etmək imkanı yaradır. Sahibkarlar POS Kredit vasitəsilə 5 000 manatdan 250 000 manatadək maliyyələşmədən yararlana bilərlər. İlk 15 gün ərzində faiz hesablanmır və faktiki illik faiz dərəcəsi (FİFD) 19,06% təşkil edir.

Reklam_3_11

Məhsulun əsas üstünlüklərindən biri kredit ödənişlərinin sahibkarın POS dövriyyəsinə uyğunlaşdırılmasıdır. Sahibkarlar kredit ödənişlərini satış dövriyyələrinə uyğun şəkildə həyata keçirə bilirlər.

POS Kreditə PAŞA Bankın onlayn bankçılıq platforması və biznes mobil tətbiqi vasitəsilə müraciət etmək mümkündür. Kreditdən yararlanmaq üçün müştəri ən azı 6 ay PAŞA Bankın POS xidmətindən istifadə etməli, VÖEN üzrə fəaliyyət müddəti isə bir ildən çox olmalıdır. Digər şərtə əsasən, son altı ayın hər birində bankın POS terminalları vasitəsilə 30-dan çox əməliyyat aparılmalıdır. Kredit məbləği yalnız PAŞA Bank üzrə POS dövriyyəsi nəzərə alınmaqla müəyyən edilir.

PAŞA Bank beynəlxalq maliyyə nəşri International Investor Magazine tərəfindən 2026-cı il üzrə “Azərbaycanın ən yaxşı bankı” və “Azərbaycanın ən yaxşı KOS bankı” adına layiq görülüb. Bank son illərdə Euromoney və Global Finance tərəfindən də müxtəlif nominasiyalar üzrə təltif olunub. Eyni zamanda, Stevie Awards müsabiqəsində “İlin şirkəti” nominasiyası üzrə “Gold Stevie” mükafatını qazanan ilk Azərbaycan bankı olub.

Ətraflı məlumat və müraciət üçün linkə daxil olun

30 Oktyabr 2026
PAŞA Bank POS Kredit POS Kredit sahibkarlar üçün kredit girovsuz biznes krediti 250 min manat kredit POS dövriyyəsi POS terminal kreditləri mPOS kiçik və orta biznes KOS kreditləri PAŞA Bank biznes kreditləri 15 gün faizsiz kredit FİFD 19 06 faiz onlayn biznes krediti fərdi sahibkarlar hüquqi şəxslər dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi Azərbaycanda biznes kreditləri 30 oktyabr 2026
30.10.2026 10:54
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19