“McDonald’s Azərbaycan” və DSMF-nin birgə layihəsi çərçivəsində “Zəfərin varisləri” proqramına start verilir - FOTO
Şəhid və müharibə iştirakçılarının övladları üçün böyük layihə başlayır. Şəhid və müharibə iştirakçılarının 15–23 yaşlı övladlarına yeni imkan – “McDonald’s Azərbaycan” və DSMF-dən xüsusi proqram. Qeydiyyat başlayıb.“McDonald’s Azərbaycan” və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşlığı çərçivəsində “Zəfərin varisləri: şəhid və müharibə iştirakçılarının övladları üçün şəxsi inkişaf proqramı”na start verilir.
8 Noyabr – Zəfər Gününə həsr olunan layihə gənclərin şəxsi inkişafına, sosial bacarıqlarının gücləndirilməsinə və gələcək imkanlarının genişləndirilməsinə yönəlib.
DSMF-nin təşəbbüsü ilə, tərəflər arasında 2024-cü ildə imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilən proqramın açılış mərasimi “McDonald’s” restoranında keçirilib.
2026-cı ilin noyabrından 2027-ci ilin noyabrınadək davam edəcək proqram şəhidlərin, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və müharibə iştirakçılarının 15–23 yaş aralığında olan övladlarını əhatə edəcək. Layihənin əsas məqsədi iştirakçıların şəxsi potensialını inkişaf etdirmək, onların sosial və kommunikasiya bacarıqlarını gücləndirmək, cəmiyyətin fəal, təşəbbüskar və məsuliyyətli üzvləri kimi formalaşmalarına töhfə verməkdir.
Qeyri-formal təhsil prinsiplərinə əsaslanan proqram çərçivəsində kommunikasiya, məhsuldarlıq və komanda işi, dəyişikliklərə uyğunlaşma, emosional intellekt və empatiya istiqamətlərində təlimlər təşkil olunacaq. Təlimlər praktiki tapşırıqlar, qrup işləri, simulyasiyalar, müzakirələr və digər interaktiv metodlar vasitəsilə keçiriləcək. Bu yanaşma gənclərin əldə etdikləri bilik və bacarıqları gündəlik həyatda tətbiq etmələrinə və sosial fəallıqlarını artırmalarına imkan yaradacaq.
Proqramın əsas istiqamətlərindən biri də iştirakçılar arasından təlimçi potensialına malik gənclərin müəyyənləşdirilməsi və onların “Təlimçilərin təlimi” (ToT) proqramı vasitəsilə hazırlanmasıdır. Proqramı uğurla başa vuran iştirakçılar təcrübəli təlimçilərin mentorluğu ilə digər gənclər üçün təlimlər keçmək imkanı qazanacaqlar.
Bununla yanaşı, layihə müddətində təlimçi və mentor şəbəkəsinin formalaşdırılması, iştirakçılar arasında təcrübə mübadiləsinin təşkili, birgə fəaliyyətlərin həyata keçirilməsi və yeni təlim təşəbbüslərinin dəstəklənməsi nəzərdə tutulur. Bu mexanizm proqramın birillik icra müddəti başa çatdıqdan sonra da fəaliyyətinin davam etdirilməsinə şərait yaradacaq.
Gənclərin inkişafına, təhsilinə və sosial inteqrasiyasına dəstək “McDonald’s Azərbaycan”ın korporativ sosial məsuliyyət fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Şirkət DSMF ilə əməkdaşlıq çərçivəsində şəhid ailələrinin və müharibə iştirakçılarının övladlarına yönəlmiş müxtəlif sosial təşəbbüslərdə iştirak edir. Bu əməkdaşlıq çərçivəsində uşaqlar üçün əyləncəli və maarifləndirici tədbirlər, yay düşərgələri təşkil olunub, eləcə də yeni tədris ili ərəfəsində birinci sinif şagirdlərinə məktəb ləvazimatları təqdim edilib.
“Zəfərin varisləri” proqramı tərəflər arasında davam edən əməkdaşlığın növbəti mərhələsi olaraq gənclərin şəxsi və sosial bacarıqlarının inkişafına, gələcək həyat və karyera imkanlarının genişləndirilməsinə dəstək məqsədi daşıyır.
Proqramda iştirak üçün qeydiyyat
Proqramda iştirak etmək istəyən müvafiq kateqoriyadan olan 15–23 yaşlı gənclər ad, soyad, ata adı, FİN kod və əlaqə nömrələrini təqdim etməklə [email protected] elektron poçt ünvanı, DOST mərkəzləri, “142” Çağrı Mərkəzi və ya Dövlət Sosial Müdafiə Fondunun qəbul mərkəzləri vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF-nin birgə layihəsi çərçivəsində “Zəfərin varisləri” proqramına start verilir - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
16 d. əvvəl
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
- 27 d. əvvəl
- 37 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
-
1 saat əvvəl
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Cəbrayılda yeni içki zavodu açıldı – Prezident və birinci xanım açılışda iştirak etdilər
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Bu biznes gəlirlərdən 1 faiz vergi ödəməli olacaq
Azərbaycanın şüşə istehsalçısı Dubaydakı nəhəng tikinti layihələrini hədəfləyir – 70 yeni iş yeri yaradılacaq
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
Ən çox oxunanlar
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
Cəbrayılda yeni içki zavodu açıldı – Prezident və birinci xanım açılışda iştirak etdilər
Leobank “Felis 2026”da qızıl mükafat qazanıb
“McDonald’s Azərbaycan” və DSMF-nin birgə layihəsi çərçivəsində “Zəfərin varisləri” proqramına start verilir - FOTO
42 milyard 400 milyon manatlıq xərc: Müdafiəyə 8,8 milyard, investisiyalara 5,3 milyard manat



















