970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək

“Uber Az” Azərbaycanda fəaliyyətini yeni ad altında davam etdirəcək
iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycanda taksi sifarişi bazarında dəyişiklik baş verib. Bakıda fəaliyyət göstərən “Uber Az” xidməti “Heetch Az” brendi ilə əvəz olunur. Mövcud istifadəçilərin yeni tətbiq yükləməsinə və yenidən qeydiyyatdan keçməsinə ehtiyac olmayacaq.

Marja.az xəbər verir ki, Azərbaycanda şəhər mobilliyi üzrə beynəlxalq “Heetch” brendinin “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb.

Reklam_3_11

Şirkətin məlumatına görə, yeni tətbiqdə sərnişinlər üçün müxtəlif komfort səviyyələrinə uyğun beş tarif, səfərdən əvvəl qiymətin göstərilməsi, nağd və nağdsız ödəniş imkanları təqdim olunur.

“Uber Az” istifadəçilərinin məlumatları avtomatik köçürüləcək

“Heetch Az”ın istifadəyə verilməsi ilə “Uber Az” tətbiqi yeni brend altında fəaliyyətini davam etdirəcək. Mövcud istifadəçilərin ayrıca tətbiq yükləməsinə və yenidən qeydiyyatdan keçməsinə ehtiyac yoxdur. Bunun üçün “App Store” və ya “Google Play” vasitəsilə hazırkı tətbiqi yeniləmək kifayətdir.

Yenilənmədən sonra istifadəçilərin profilləri, bank kartları, səfər tarixçələri və yadda saxladıqları ünvanlar avtomatik olaraq yeni brendə köçürüləcək.

Şirkət bildirir ki, sürücülər, onlara tətbiq edilən tələblər və səfər qiymətlərinin hesablanması prinsipi dəyişməz qalacaq.

Yeni taksi xidmətində 5 tarif olacaq

“Heetch Az” tətbiqində sərnişinlərə beş fərqli tarif təklif edilir:

- “Standart” – gündəlik səfərlər üçün sərfəli seçim;

- “Komfort” – daha rahat avtomobillərlə səfərlər;

- “Smart” – geniş salonu və kondisioneri olan avtomobillərlə xidmət;

- “Premium” – daha yüksək komfort səviyyəli səfərlər;

- “Ekspress” – sürətli xidmətə üstünlük verən sərnişinlər üçün tarif.

Səfərin qiyməti sifariş edilən marşrut, mövcud tələbat və yaxınlıqdakı sərbəst sürücülərin sayı nəzərə alınmaqla hesablanacaq.

Sərnişin avtomobil sifarişini təsdiqləməzdən əvvəl səfərin qiymətini tətbiqdə görə biləcək.

Ödəniş bank kartı və ya nağd formada həyata keçirilə bilər.

Sərnişinlər üçün təhlükəsizlik və əlavə imkanlar

Yeni tətbiqdə sərnişinlər səfər başlamazdan əvvəl sürücünün adı, avtomobilin modeli və dövlət qeydiyyat nişanı barədə məlumat əldə edə biləcəklər. Bundan əlavə, səfər marşrutunun real vaxt rejimində yaxınlarla paylaşılması mümkün olacaq.

Şirkətin açıqlamasına əsasən, müştəri dəstəyi xidməti sutkanın 24 saatı fəaliyyət göstərəcək.

“Uber Az” tətbiqindən əvvəllər istifadə etməyən şəxslər isə “Heetch Az” tətbiqini yükləyərək telefon nömrəsi ilə qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, “Heetch” beynəlxalq şəhər mobilliyi xidmətidir. Şirkət Azərbaycanda fəaliyyətini yerli qanunvericiliyin tələblərinə uyğun inkişaf etdirməyi planlaşdırır.

Heetch Az Uber Azərbaycan Heetch Azərbaycan Uber adı dəyişdi Uber Heetch Azərbaycanda taksi xidmətləri taksi sifarişi tətbiqi Bakıda taksi Heetch tarifləri Standart taksi Komfort taksi Smart taksi Premium taksi Ekspress taksi taksi qiymətləri taksi tətbiqi yeniləmə şəhər mobilliyi.
06.11.2026 13:22
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19