Qarabağda yeni iri aqropark yaradılır – İlkin 500 min manat ayrıldı
Azərbaycanda 1588,7 hektar ərazidə yeni aqropark yaradılır – Prezident fərman imzaladıAzərbaycan Prezidenti İlham Əliyev Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkının yaradılması haqqında fərman imzalayıb. Yeni aqropark ümumilikdə 1588,7 hektar ərazini əhatə edəcək və burada kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması və satışı üçün infrastruktur yaradılacaq.
Marja.az xəbər verir ki, dövlət başçısının 5 noyabr 2026-cı il tarixli fərmanına əsasən, aqroparkın yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından səmərəli istifadə, aqrar-sənaye sahəsində sahibkarlığın inkişafı, yerli istehsalın və məşğulluğun artırılmasıdır.
Yeni aqropark üçün 1588,7 hektar torpaq ayrılacaq
Fərmana əsasən, Zəngilan Aqroparkı iki rayonun ərazisində yerləşəcək.
Bunun üçün Zəngilan şəhərinin yaxınlığında 1424,55 hektar, Qubadlı rayonunun Tatar kəndi yaxınlığında isə 164,15 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ayrılması nəzərdə tutulur.
Nazirlər Kabinetinə həmin torpaq sahələrinin icarəyə vermək hüququ ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin etmək tapşırılıb.
Prezidentin ehtiyat fondundan ilkin 500 min manat ayrıldı
Zəngilan Aqroparkının fəaliyyətinin təşkili və infrastrukturunun layihələndirilməsi üçün Prezidentin 2026-cı il üzrə ehtiyat fondundan İqtisadi Zonaların İnkişafı Agentliyinə ilkin olaraq 500 min manat ayrılıb.
Vəsait aqroparkın ərazisinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, eləcə də elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, yol-nəqliyyat, yanğından mühafizə, istehsal, emal, inzibati və sosial infrastrukturun yaradılması üzrə layihələndirmə işlərinə yönəldiləcək.
Maliyyə Nazirliyinə ayrılmış vəsaitin maliyyələşdirilməsini təmin etmək tapşırılıb.
Aqroparkda istehsal, emal və qablaşdırma müəssisələri fəaliyyət göstərəcək
Fərmana əsasən, Zəngilan Aqroparkında müasir texnologiyalardan istifadə etməklə rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün şərait yaradılacaq.
Aqropark məhsulların qablaşdırılması, saxlanılması, çeşidlənməsi və satışı ilə bağlı fəaliyyətləri də əhatə edəcək.
İqtisadi Zonaların İnkişafı Agentliyi aqroparkın fəaliyyətinin təşkili, idarə olunması və inkişafı, həmçinin dövlət dəstəyi tədbirlərində iştirakın təmin edilməsi üzrə məsul qurum olacaq.
İqtisadiyyat Nazirliyinə isə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin təkliflərini nəzərə almaqla aqroparkda istehsal və emal ediləcək aqrar-sənaye məhsulları üzrə prioritet istiqamətləri iki ay ərzində müəyyən etmək tapşırılıb.
Yeni aqroparkın yaradılması azad edilmiş ərazilərdə aqrar istehsalın bərpasına, müasir emal infrastrukturunun formalaşdırılmasına və sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə yönəlib.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 16 d. əvvəl
- 26 d. əvvəl
-
38 d. əvvəl
Sahibsiz Heyvanlara Qayğı Mərkəzi ili 627 min manat mənfəətlə başa vurub
- 41 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda it və pişiklərə pasport almaq 50 faiz bahalaşır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Vergi bəyannaməsini yalnız 3 dəfə düzəltməyə icazə veriləcək – Yeni qayda
-
1 saat əvvəl
Biznesini böyüdən sahibkarlar ödədikləri vergilər qədər güzəşt əldə edə biləcəklər
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Azeronline” Heyva Festivalının rəqəmsal tərəfdaşıdır ®
Azərbaycanda it və pişiklərə pasport almaq 50 faiz bahalaşır
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Ağıllı saatlara da vergi qoyulur
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Ağ Şəhərin Fəvvarələr Meydanı Passajında kafe açılır
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!

























