Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb
“İD-AGROPARK” MMC 2025-ci ili 1 milyon 886 min 677 manat xalis zərərlə başa vurub. Şirkətin 2024-cü ildəki xalis zərəri 2 milyon 289 min 178 manat təşkil etmişdi. Beləliklə, illik zərər 402 min 501 manat və ya 17,6 faiz azalıb.
Marja.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, illik zərərin azalmasına baxmayaraq, müəssisənin yığılmış zərəri böyüyüb, aktivləri azalıb, öhdəlikləri isə artıb.
Maliyyə xərcləri 2,7 dəfə yüksəlib
2025-ci ildə “İD-AGROPARK”ın satışının maya dəyəri 2 milyon 767 min 936 manat olub. Bu, əvvəlki ildəki 3 milyon 406 min 778 manatla müqayisədə 638 min 843 manat və ya 18,8 faiz azdır.
Hesabatın “Satış gəliri” sətrində mənfi göstərilən məbləğ — satış üzrə zərər 1 milyon 909 min 352 manatdan 1 milyon 436 min 645 manata enib. Bu göstərici üzrə zərər 472 min 707 manat və ya 24,8 faiz azalıb.
İnzibati xərclər 675 min 628 manatdan 595 min 939 manata düşüb. Azalma 79 min 689 manat və ya 11,8 faiz təşkil edib.
Maliyyə xərcləri isə əks istiqamətdə dəyişib: 64 min 82 manatdan 173 min 650 manata yüksəlib. Bu xərclər 109 min 568 manat və ya 171 faiz artaraq əvvəlki ilin göstəricisini təxminən 2,7 dəfə üstələyib.
Aktivlər 1 milyon manatdan çox azalıb
2025-ci ilin sonunda “İD-AGROPARK”ın cəmi aktivləri 12 milyon 990 min 69 manat təşkil edib. Əvvəlki ilin sonunda bu göstərici 14 milyon 48 min 550 manat olub. İllik müqayisədə aktivlər 1 milyon 58 min 481 manat və ya 7,5 faiz azalıb.
Cari aktivlər 4 milyon 481 min 465 manatdan 4 milyon 150 min 488 manata enib. Azalma 330 min 978 manat və ya 7,4 faiz olub.
Uzunmüddətli aktivlər isə 9 milyon 567 min 84 manatdan 8 milyon 839 min 581 manata düşüb. Bu aktivlər 727 min 503 manat və ya 7,6 faiz azalıb.
Öhdəliklər aktivləri 2,7 dəfə üstələyir
“İD-AGROPARK”ın cəmi cari öhdəlikləri 2025-ci ilin sonunda 34 milyon 970 min 322 manata yüksəlib. Bir il əvvəl bu məbləğ 34 milyon 142 min 120 manat təşkil edib. Beləliklə, cari öhdəliklər 828 min 202 manat və ya 2,4 faiz artıb.
Hesabatda göstərilən öhdəliklər cəmi aktivləri təxminən 2,7 dəfə üstələyib. Cari aktivlərin cari öhdəliklərə nisbəti isə 11,9 faiz təşkil edib. Bu göstərici qısamüddətli öhdəliklərin cari aktivlərdən əhəmiyyətli dərəcədə yüksək olduğunu göstərir.
Kapitalın mənfi qalığı dərinləşib
2025-ci ilin sonunda şirkətin bölüşdürülməmiş zərəri 21 milyon 981 min 262 manata çatıb. Əvvəlki ilin sonunda yığılmış zərər 20 milyon 94 min 586 manat olub. İl ərzində bu məbləğ 1 milyon 886 min 677 manat artıb.
“İD-AGROPARK”ın cəmi kapitalı mənfi 21 milyon 980 min 253 manat təşkil edib. 2024-cü ilin sonunda kapitalın mənfi qalığı 20 milyon 93 min 577 manat idi.
Nəticədə illik zərərin azalması şirkətin kapitalındakı mənfi fərqin böyüməsinin qarşısını almayıb. Aktivlərin azalması ilə yanaşı, cari öhdəliklərin və maliyyə xərclərinin artması müəssisənin maliyyə vəziyyətinə əlavə təzyiq göstərir.
Qeyd edək ki, “İD-Aqropark” MMC-nin əkin sahələri Saatlı rayonunda yerləşir. Şirkət badam, nar, pambıq yetişdirilməsilə də məşğul olur.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 16 d. əvvəl
- 26 d. əvvəl
-
38 d. əvvəl
Sahibsiz Heyvanlara Qayğı Mərkəzi ili 627 min manat mənfəətlə başa vurub
- 41 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda it və pişiklərə pasport almaq 50 faiz bahalaşır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Vergi bəyannaməsini yalnız 3 dəfə düzəltməyə icazə veriləcək – Yeni qayda
-
1 saat əvvəl
Biznesini böyüdən sahibkarlar ödədikləri vergilər qədər güzəşt əldə edə biləcəklər
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Azeronline” Heyva Festivalının rəqəmsal tərəfdaşıdır ®
Azərbaycanda it və pişiklərə pasport almaq 50 faiz bahalaşır
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Ağıllı saatlara da vergi qoyulur
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Ağ Şəhərin Fəvvarələr Meydanı Passajında kafe açılır
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!

























