Expressbank “Felis 2026”da 2 qızıl mükafat qazanıb - VİDEO ®
“Expressbank” Türkiyədə iki qızıl mükafat qazanıb. Şəhidlərə həsr olunan Azərbaycan filmi İstanbulda iki qızıl mükafat alıb.Expressbank ASC-nin Anım Günü münasibətilə “Crambone” reklam agentliyi ilə birgə hazırladığı “Yağış yuyur, gün qurudur” imic çarxı “Felis 2026” müsabiqəsində iki kateqoriya üzrə qalib seçilib. Beləliklə, bank yaradıcı sektorda ilk iştirakında təqdim etdiyi iki müraciətin hər biri üzrə mükafat qazanaraq uğurlu nəticəyə imza atıb.
Mükafatlar noyabrın 4-də Türkiyənin İstanbul şəhərində, “Brand Week Istanbul” çərçivəsində Haliç Konqres Mərkəzində keçirilən təntənəli mərasimdə təqdim olunub.
Oktyabr ayında açıqlanan nəticələrə əsasən, “Yağış yuyur, gün qurudur” çarxı hər iki kateqoriya üzrə qısa siyahıya daxil olub. Mərasim gecəsində isə layihə aşağıdakı kateqoriyalarda qalib elan edilib:
* Use of Music (Musiqidən istifadə) – qızıl mükafat;
* Writing/Screenplay (Ssenari) – qızıl mükafat.
Videoçarxa YouTube-da baxın: Video linki
Anım Günü üçün ərsəyə gətirilən film hər gün yanından keçdiyimiz, binaların divarlarından bizə baxan şəhidlərimizin unudulmayan xatirəsinə həsr olunub. Həyat öz axarı ilə davam etsə də, onların xatirəsi gündəlik həyatımızın ayrılmaz bir hissəsi olaraq qalır.
Expressbank bu uğuru Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsinə ithaf edir. Çünki bəzi adlar heç vaxt unudulmur, bəzi baxışlar isə hər zaman bizimlə qalır.
Expressbank ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəhəri, Y.V.Çəmənzəminli küçəsi, 134C.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 16 d. əvvəl
- 26 d. əvvəl
-
38 d. əvvəl
Sahibsiz Heyvanlara Qayğı Mərkəzi ili 627 min manat mənfəətlə başa vurub
- 41 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda it və pişiklərə pasport almaq 50 faiz bahalaşır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Vergi bəyannaməsini yalnız 3 dəfə düzəltməyə icazə veriləcək – Yeni qayda
-
1 saat əvvəl
Biznesini böyüdən sahibkarlar ödədikləri vergilər qədər güzəşt əldə edə biləcəklər
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Azeronline” Heyva Festivalının rəqəmsal tərəfdaşıdır ®
Azərbaycanda it və pişiklərə pasport almaq 50 faiz bahalaşır
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Ağıllı saatlara da vergi qoyulur
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Ağ Şəhərin Fəvvarələr Meydanı Passajında kafe açılır
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
























